Yuxarı

Vyanada “Azərbaycan dili” məktəbi açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkədə yaşayan soydaşlarımızın övladları üçün oktyabr ayından etibarən "Azərbaycan dili" həftəsonu məktəbi açılıb.

Axar.az xəbər verir ki, Azərbaycandan gətirilmiş dərs vəsaitləri ilə təmin olunan kursda uşaqların Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və coğrafiyasına aid mühüm mövzularla tanış olması, ana dilində sərbəst oxuyub-yazmaq biliklərinə yiyələnməsi üçün hərtərəfli şərait yaradılıb.

Dil kursuna rəhbərlik edən Yaqut Abdalla ilk dərs günü valideynlərə bildirib ki, uşaqlar, həmçinin xüsusi olaraq hazırlanmış bir-birindən maraqlı layihələrdə iştirak edəcəklər. Qeyd edilib ki, həftədə bir dəfə şənbə günləri keçiriləcək məktəbin məqsədi uşaqların doğma vətənləri Azərbaycan haqqında bilgilərini artırmaq və onlarda Vətən sevgisini aşılamaqdır.

Tarix
2016.10.08 / 17:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla