Yuxarı

Deputatdan istehsal müəssisələri ilə bağlı tövsiyyə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məhsul istehsal edən müəssisələr üçün ölkənin daxilində də alıcı bazarı formalaşdırmaq lazımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Azərbaycanda daxili bazarı qorumaqdan ötrü yeni alıçı bazarının yaradılmasını olduqca vacib sayan T.Rzayev deyib ki, bunun üçün ilk növbədə yerli xammal hesabına əlavə istehsal müəssisələri yaratmaq olar: "Pambıqçılıq inkişaf edərsə, bu məhsulu xarici ölkələrə satmaqla bərabər, xammalından istifadə etməklə yerlərdə toxuculuq sənayesi yaratmaq da olar. Biz xammalları satmamalıyıq. Onlar yerlərdə yeni fabriklərin açılmasına, yeni emal müəssisələrinin yaradılması üçün bir zəmin olmalıdır".

Azərbaycanın ixracdan asılılığının azaldılmasının olduqca əhəmiyyətli olduğunu söyləyən deputat qeyd edib ki, taxılçılığı, baramaçılığı, üzümçülüyü inkişaf etdirməklə ölkədə qeyri-neft sektorunu daha da inkişaf etdirmək olar.

Deputat hesab edir ki, bu, regionlardan gənclərin getməsinin qarşısını da alar: "Kənd təsərrüfatının inkişafı işsizliyin aradan qaldırılmasına da zəmin yaratmalıdır. Bu gün dövlət başçısının seçdiyi istiqamət ən doğru yoldur. Bütün Azərbaycan xalqı bunu alqışlayır. Çünki taxılçılığın, baramaçılığın, üzümçülüyün və digər sahələrin inkişafı əhalinin gəlirlərinin artırılması, yerlərdə 100 minlərlə iş yerlərinin açılması deməkdir. Digər tərəfdən bu, gənclərin xarici ölkələrə, respublikanın mərkəzi şəhərlərinə axınının qarşısını almaq deməkdir".

Tarix
2016.10.08 / 18:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla