Yuxarı

Ağabala Ramazanov: “Cavablarını aldılar...”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli komandamızın hücumçusu Ağabala Ramazanov DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra qol.az-ın müxbirinin suallarını cavablandırıb.

Axar.az millimizin üzvünün müsahibəsini təqdim edir:

- Oyun haqqında nə düşünürsən?

- Matça ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan üç xalı qazandıq. Bütün komanda olaraq yaxşı mübarizə apardıq.

- Ötürmələr zamanı səhvlərə yol verilirdi...

- Deməzdim ki, çox səhvimiz oldu. Oyunumuz əsasən müdafidə olduğu üçün əks hücuma atılarkən anlaşmazlıq yaranırdı.

- Stadionun ot örtüyü sizi qane etdi?

- Bərbad deməzdim, ancaq yumşaq idi. Dəmir buts geyinsən belə, adam sürüşürdü.

- Öz oyunundan razı qaldın?

- Məncə, müdafiədə komandama çox xeyir verdim.

- Qarşıda Çexiya ilə səfərdə çətin oyun var...

- Çexiya oyununa yaxşı əhval-ruhiyyə ilə gedirik. Çalışacağıq ki, ordan da ən yaxşı nəticə ilə dönək.

- İlk qoldan sonra xeyli qol epizodlarını əldən verdiniz.

- Oyunumuzu müdafiədən qurduğumuz üçün çətin olurdu. Əks hücumda 60 metr məsafə qət edirdik. Rəqibin iki-üç müdafiəçisini tək keçib nəsə etmək lazım idi. Qol vurduğumuz epizodda da Maksimə ötürməni mən verdim. Bizim oyunumuz əks hücum üzərinə qurulmuşdu. Daha çox mənim cinahımdan əks hücuma çıxırdıq deyə, oyun boyu yük mənim üzərimə düşmüşdü.

- Oyundan sonra Rövnəq Abdullayev sizə nə dedi?

- Bizi təbrik etdi və dedi ki, Çexiyaya da gələcəm sizə dəstək olmaq üçün.

- Rəqib öncədən bizə yuxarıdan aşağı baxırdı...

- Cavablarını aldılar (gülür).

Tarix
2016.10.09 / 15:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla