Yuxarı

Bu idarələrdə çalışanların maaşı artırılır - 500 manat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr"i təsdiq edib.

Lent.az xəbər verir ki, qərara əsasən, milli status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 100 manat, 5-7-ci dərəcələr üçün 180 manat, 8-11-ci dərəcələr üçün 240 manat, 12-15-ci dərəcələr üçün 300 manat, 16-17-ci dərəcələr üçün 375 manat, 18-19-cu dərəcələr üçün 500 manat olacaq.

"Akademik" status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr 70 manat, 5-7-ci dərəcələr üçün 110 manat, 8-11-ci dərəcələr üçün 140 manat, 12-15-ci dərəcələr üçün 200 manat, 16-17-ci dərəcələr üçün 275 manat, 18-19-cu dərəcələr üçün 350 manat müəyyənləşdirilib. "Respublika" statusu almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 40 manat, 5-7-ci dərəcələr üçün 60 manat, 8-11-ci dərəcələr üçün 80 manat, 12-15-ci dərəcələr üçün 100 manat, 16-17-ci dərəcələr üçün 130 manat, 18-19-cu dərəcələr üçün 200 manat olacaq.

"Milli", "Akademik", "Respublika" statusları almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr "Teatr və teatr fəaliyyəti haqqında" qanununa əsasən aylıq vəzifə maaşlarına əlavələr tətbiq edilən mədəniyyət təsisatlarının işçilərinə şamil edilmir.

Yeni əlavələrin müəyyən edilməsi ilə əlaqədar "Milli status almış və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə" Nazirlər Kabinetinin 2008-ci il 9 iyul tarixli 152 nömrəli qərarı ləğv edilib.

Tarix
2016.10.09 / 21:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla