Yuxarı

Sürücülər bu cərimədən xəbərsizdir - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnzibati Xətalar Məcəlləsinə əsasən, yaşayış məntəqələrindən kənarda sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edən sürücüləri 40 manat cərimə gözləyir. Həm də yol boyu bu pozuntuya görə sürücülər bir yox, bir neçə dəfə cərimələnə bilər. Əksər sürücülər isə bu qaydadan xəbərsizdir.

Axar.az xezerxeber.com-a istinadən bildirir ki, rayonlararası yollarda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla idarə etmək qadağan olsa da, əksər sürücülər bundan xəbərsizdir. İnzibati Xətalar Məcəlləsinə görə isə bu pozuntunun cəriməsi 40 manatdır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, üstülik sürücülər uzun yol getdikləri zaman bu xətanı mütəmadi olaraq törədirsə, hər dəfə müşahidə kamerlarının yanından keçərkən onun haqqında cərimə pratakolu tərtib edilə bilər.

Amma magistral yolun sağ hərəkət zolağında hərəkət mümkün olmadığı və yaxud çətin olduğu vaxtlarda sürücülərə sol zolaqda hərəkət etməyə icazə verilir. Belə hal isə daha çox Bakı-Quba yolunda müşahidə edilir. Bu yolun sağ zolağı dağıldığından, sürücülər sol zolaqda getməyə məcbur olurlar.

Tarix
2016.10.09 / 21:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla