Yuxarı

On üç yaşlı əlil qızın qeyri-adi istedadı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində yaşayan 13 yaşlı I qrup əlil Arzu Babayeva qeyri-adi istedada malikdir. Belə ki, sağlamlıq imkanları məhdud, eşitmə və nitqi qüsurlu olan Arzu Babayeva 6 yaşından maraqlı rəsmlər çəkir.

Axar.az xəbər verir ki, valideynləri onun bacarıqlı rəssam kimi yetişməsi üçün Mingəçevirdə yerləşən "Uşaq və ailəyə dəstək" Mərkəzinin bacarıqlı əllər dərnəyində hazırlaşmasına şərait yaradır. Arzunun qeyri-adi istedadını isə bu mərkəzin müəllimləri üzə çıxarıb. Belə ki, yaradıcılıqla məşğul olan uşaqlar arasında hər kəs toxuma işini millər və milçələrlə görür. Amma Arzu Babayeva fərqli formada, yəni balaca barmaqları ilə rəngli saplardan corab, gödəkcə, şərf, papaq, boyunluq və digər geyim əşyaları toxuyur.

Mərkəzin toxuculuq dərnəyinin rəhbəri Səmərrux Həmidova və bacarıqlı əllər dərnəyinin rəhbəri Nərgiz Əlizadənin əməyi nəticəsində Arzu bu peşəyə yiyələnib. İndi Arzunun 13 yaşı var. O, hazırda müəllimlərin köməyi olmadan müxtəlif geyim əşyalarını həm millə, həm də barmaqları ilə toxumağı bacarır. Səmərrux müəllimə deyir ki, barmaqlarla toxuma növünü Arzuya qısa vaxtda öyrədib və o, hazırda bu işin öhdəsindən bacarıqla gəlir. Onun anası kor və kar olan Arzu Babayevanın bu cür qeyri-adi istedada malik olduğunu və barmaqlarla toxuma işi gördüyünə inana bilmədiyini deyir. Arzu evdə boş dayanmağı sevmir. O, yaradıcılıqla yanaşı, həm də ingilis dilini öyrənir. Müəllimlərinin dediyinə görə, sərgilərdə Arzunun əl işlərinə maraq daha böyük olur.

Mərkəzin təlim-tədbirlər üzrə işçisi Elnarə Səmədova vurğulayıb ki, əsas məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların təhsilini demokratik cəmiyyətin vacib tələblərindən birinə uyğunlaşdırmaqdır. Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, özünəxidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə və ailə həyatına hazırlamaqdan ibarətdir. Son illər ölkəmizdə inklüziv təhsil sahəsində xeyli iş görülüb, müvafiq qanunvericilik bazası yaradılıb.

On bir ildir ki, fəaliyyət göstərən Mingəçevir "Uşaq və ailəyə dəstək" Mərkəzinin hazırda 107 üzvü var və onlardan 45-i günərzi xidmətdən bəhrələnir. Əsasən əlilliyi olan və valideyn himayəsindən məhrum uşaqlar bu mərkəzin xidmətlərindən istifadə edirlər. Hazırda mərkəzdə toxuculuq, kompyuter, ingilis dili və bacarıqlı əllər dərnəyinin olduğunu deyən Elnarə Səmədova bildirib ki, bundan əlavə, uşaqlar üçün loqoped, psixologiya, defektologiya və reabilitasiya üzrə məşğələlər də mövcuddur.

Mərkəzdə digər qüsurlu uşaqların əl işləri də nəzərimizdən qaçmadı. Adətən toxuculuğu qızlar yaxşı bacarır və onların bu sahəyə marağı böyükdür. Amma bu mərkəzdə toxucu oğlanlar da var. Onlardan biri, 12 yaşlı Yusif gözəl corab və papaqlar toxuyur. Yusif bu işə marağı olduğu üçün öyrəndiyini deyib.

Elnarə Səmədova bildirib ki, 18 yaşı tamam olan və mərkəzi bitirən uşaqların təhsillərini davam etdirmələri üçün onların peşə liseylərinə, kolleclərə daxil olmasına köməklik edilir. Hazırda mərkəzin 4 yetirməsi kolleclərdə təhsil alır.

Tarix
2016.10.09 / 23:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla