Yuxarı

Analoq yayım davam etdiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində 1 dekabr tarixindən televiziya kanallarının analoq yayımının dayandırılmasına baxmayaraq kabel operatorların şəbəkələrində analoq yayımı davam etdiriləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı katibi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən kabel operatorların abunəçilərinin rəqəmli yayıma keçid ilə bağlı narahatlığı əsassızdır və analoq formatda KATV1 və Ailə TV kabel operatorlarının xidmətlərindən istifadə edənlər 1 dekabrdan sonra da bu yayımdan zövq ala bilər. Ə.Əliyev qeyd edib ki, analoq yayımın dayandırılması yalnız efir kanallarına aiddir və 1 dekabrdan sonra efir kanallarını izləmək üçün ya DVB-T rəqəmli formatı dəstəkləyən televizor olmalı, ya da bunun üçün ayrıca xüsusi DVB-T və ya DVB-S qəbuledici qoşulmalıdır. Lakin Azərbaycanda satılan müasir televizorlarının əksəriyyətində rəqəmli televiziyanı dəstəkləyən DVBT resiveri olduğu üçün əlavə cihaz almaq lazım deyildir. Kabel televiziyasında isə hər şey olduğu kimi qalacaq.

"Kabel operatorları isə öz abunəçilərinin tələbatlarını nəzərə alaraq analoq yayımı davam etdirəcəklər və buna üçün narahat olmağa dəyməz", - deyərək Ə.Əliyev vətəndaşların bir hissəsinin son günlər böyük narahatlığına səbəb olan aktual məsələyə aydınlıq gətirib.

Assosiasiya rəsmisinin bildirdiyinə görə, rəqəmsal yayıma keçid Azərbaycanın da qoşulduğu Cenevrə konvensiyanın qərarları ilə bağlıdır. Həmin konvensiyaya görə rəqəmli yayıma keçid 2015-ci ildə başa çatmalı idi. Lakin MDB ölkələri, o cümlədən də Azərbaycan bu prosesi müəyyən qədər yubadıblar.

Tarix
2016.10.10 / 11:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla