Yuxarı

“İsgəndər” İrəvanın nəyinə lazımdır? – AŞPA-da müzakirə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva AŞPA-nı Ermənistanın işğalçılıq siyasəti və son günlər "İsgəndər" raketlərinin nümayişi ilə bağlı əməllərinə biganə münasibətə son qoymağa, sərt addımlar atmağa çağırıb.

Axar.az xəbər verir ki, AŞPA-da Liberal Qrupunun toplantısında çıxış edən millət vəkili Cənubi Qafqazda baş verən bəzi çox vacib məsələləri diqqətə çatdırıb:

"Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öhdəlik götürüblər. Heç bir nəticənin əldə olunmamasının səbəbi Ermənistanın Assambleyanın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirməməsi və işğal etdiyi torpaqları azad etməməsidir. Məhz bunun nəticəsində bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Ermənistanda hərbi paradda "İsgəndər" raketləri nümayiş etdirilib. Bu ağır müharibə silahları Ermənistanın nəyinə lazımdır və işğalçı ölkə bununla nə demək istəyir? Təşkilatların prinsiplərini yerinə yetirməsi üçün işğalçı Ermənistana qarşı təzyiqlər daha da artmalıdır. Amma təəssüf ki, biz bunu görmürük və bölgə bundan əziyyət çəkir. Əgər AŞ vaxtında 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində Ermənistana ciddi təzyiqlər etsəydi, bəlkə də bugünə qədər yüzlərlə mülki insan həyatını itirməyəcəkdi. İnsanlar təşkilatda ikili standartların olduğunu açıq söyləyirlər. Çünki təşkilata üzv Azərbaycanın torpaqlarının 20 faizini uzun illərdir işğalda saxlayan, 1 milyon azərbaycanlı məcburi köçkünün evinə dönməsinə imkan verməyən işğalçı Ermənistana qarşı heç bir addımlar atılmır".

Tarix
2016.10.11 / 15:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla