Yuxarı

Bakıda Açıq Kubok keçiriləcək

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Gənclər İttifaqı (AGİ) ilə Azərbaycan Rəqs Assosiasiyası (ARA) tərəfindən oktyabrın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı teatrında bütün rəqs növləri, həmçinin bütün vokal və instrumental kollektivlərinin yarışı keçiriləcək.

Trend-in məlumatına görə, Azərbaycanın müxtəlif yerlərindən bir çox rəqs kollektivləri bu mədəniyyət bayramına qatılacaqlar. Bütün yaş kateqoriyalarında olan iştirakçılar bu nominasiyalarda mübarizəyə qoşulacaqlar: Çerlidinq, hip-hop, breyk- dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, solo rəqs, xor, solo ifa, instrumental mahnılar və s.

Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov deyib: "Kubokun keçirilməsində əsas məqsəd müasir, istedadlı rəqs kollektivlərini, duet ifaçılarını, solistləri bu yarış vasitəsi ilə müəyyən etmək və Azərbaycanı gələcəkdə Avropa və Dünya çempionatlarında təmsil etməkdir. Müsabiqənin digər mühüm vəzifələrindən biri də rəhbərlər, müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, uşaqları, yeniyetmələri və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Biz məmnunuq ki, ildən-ilə bizim fəaliyyətimiz daha da artır. Hər yeni ildə bizə Bakıdan və regionlardan daha çox kollektivlər qoşulur. Bu dəfə də Gürcüstandan və İrandan qruplar qoşulacaq. Bu bizi sevindirmiyə bilməz, demək biz öz işlərimizi yaxşı görürük. Media ilə bir çox kollektivləri və rəqqasları bizim tədbirlərə cəlb eləmək istəyirik."

Müsabiqənin münsiflər heyətində - Azərbaycanın xalq, əməkdar artistləri iştirak edəcəklər.

Rima Məmmədova, Tahir Eynullayev, Ülviyyə Həsənova, Fərid İbrahimov, Fərhad Əliyev, Andrey Freeman, Kamran Məmmədov, Aysel Hüseynova və Veronika Talıbova kimi incəsənət xadimləri, tamaşaçıların rəğbətini qazanıb . Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının Təşkilat komitəsi bütün iştirakçılara uğurlar arzulayır və bir daha bu möhtəşəm tədbirdə hərkəsi iştirak etməyə dəvət edir!

Tarix
2016.10.11 / 22:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla