Yuxarı

Saakaşvilinin partiyasından seçkilərlə bağlı - Son qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın ana müxalifət partiyası hesab edilən Vahid Milli Hərəkat Partiyasının seçkilərdə deputat mandatı qazanmış namizədləri parlamentə gedəcəklər.

Axar.az xəbər verir ki, partiyanın üzvü, ilkin məlumatlara görə proporsional siyahı üzrə deputat mandatı qazanmış Azər Süleymanov bildirib ki, bu barədə partiyanın siyasi şurasının oktyabrın 11-də keçirilmiş iclasında qərar qəbul olunub.

A.Süleymanov deyib: "Oktyabrın 8-də keçirilmiş parlament seçkilərində proporsional siyahı üzrə mandat qazanmış şəxslərin parlamentə getməyəcəkləri barədə müəyyən fikirlər var idi. Siyasi şura bu gün həmin şəxslərin parlamentə getməsi, həmçinin majoritar dairələrdə mübarizə aparan namizədlərin ikinci turda mübarizəni davam etdirmələri barədə qərar qəbul edib".

İlkin məlumatlara görə, Vahid Milli Hərəkat Partiyası seçkilərdə proporsional siyahı üzrə 27 deputat yeri qazanıb. Majoritar dairədən isə hələlik heç bir mandat əldə olunmayıb. Marneulidəki 36 saylı dairədən namizədliyi irəli sürülmüş azərbaycanlı Əhməd İmamquliyev birinci turda seçicilərin 47,91 faizinin səsini toplayıb. İkinci turda onun rəqibi seçicilərin 43,41 faiz səsini toplamış Tamaz Naveriani olacaq.

A.Süleymanov bildirib ki, partiya üzvləri Ə.İmamquliyevin qələbə qazanması üçün səylərini davam etdirəcək.

Tarix
2016.10.11 / 22:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla