Yuxarı

Yoahim Löv: "Azərbaycanla oyun..."

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçmə mərhələ start götürəndə hədəfimiz qrupu birinci pillədə başa vurmaqdır. İddiamızı sonadək davam etdirəcəyik.

Azərtac xəbər verir ki, belə bir açıqlama ilə futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Löv çıxış edib.

Löv Şimali İrlandiya ilə (2:0) qarşılaşmadan sonra keçirilən mətbuat konfransında millimizin çıxışına da münasibət bildirib. Əlli altı yaşlı mütəxəssis Robert Prosineçkinin komandasından çəkindiklərini etiraf edib: "Məqsədimiz bəllidir və buna nail olmaq üçün arxayınlaşmadan mübarizəmizi sonadək davam etdirəcəyik. Bunun üçün də stabilliyi qorumaq vacibdir. Üzərimizdə daim işləyir, inkişaf etməyə çalışırıq. Hazırda Azərbaycan yığması turnir cədvəlində bizim ən yaxın izləyicimizdir. Gələn ilin martında onlarla qarşılaşacağıq. Əminliklə deyə bilərəm ki, Bakıdakı görüş qrupun top oyunu olacaq".

2018-ci il dünya çempionatının seçmə mərhələsinə ardıcıl qələbələrlə başlayan "Bundesteam" ilk üç turdan sonra 9 xalla "C" qrupuna başçılıq edir. Almanların ən yaxın izləyicisi isə aktivində 7 xal olan Azərbaycan millisidir.

Qeyd edək ki, Azərbaycan–Almaniya matçı beşinci tur çərçivəsində martın 26-da keçiriləcək.

Tarix
2016.10.12 / 16:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla