Yuxarı

“Əli İnsanovun təhqir etdiyi siyasətçilər…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli İnsanov uzun müddət indiki hakmiyyətdə nazir vəzifəsində çalışıb. Və bu gün onu mətbuatda müdafiə edən siyasiləri, yəni radikal müxalifətin nümayəndələrini nazir işlədiyi zamanlarda çox pis formada aşağlayıb, bəzi hallarda isə təhqir edib.

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Əli İnsanovun siyasi məhbus obrazının yaradılmasına uğursuz cəhd göstərən radikal müxaliflərə cavab olaraq deyib. Onun sözlərinə görə, Əli İnsanovu radikal müxalifət hər zaman qatı korrupsioner, rüşvətxor məmur kimi xarakterizə edib:

"Tarixdən qaçmaq mümkün deyil. Əli İnsanovun nazir vəzifəsindən alındığı 2005-ci ilə qədər radikal müxalifətin mediadakı çıxışlarına, analizlərinə baxa bilərsiniz. Onlar birmənalı olaraq Əli İnsanovu cinayətkar adlandırıblar, külli miqdarda rüvşət almaqda, korrupsiyada suçlayıblar. Belə olan halda indi onun müdafiəsi istiqamətində deyilən sözlər uğursuz siyasi cəhdlər, manipulyasiyalardır".

N.Orduxanlı Ə.İnsanov barəsində oktyabrın 11-də çıxarılan növbəti həbs qətimkan tədbirinə də toxunub:

"Bu, Azərbaycanda ilk fakt deyil, bundan öncə də həbsdə olduğu müddətdə məhkumun etdiyi yeni cinayətə görə cinayət işinin qaldırıldığının dəfələrlə şahidi olmuşuq. Yəni bu, bütün dünyada normal hüquqi prosedurdur. Bu faktdan hansısa siyasi məqsədlər üçün istifadə etmək isə gülüncdür. Çünki Əli İnsanov hakimiyyət üçün qorxulu füqur deyil, onun cəmiyyət içində heç bir nüfuzu yoxdur. Həmişə öz kobudluğu ilə seçilən, efirdə jurnalistləri belə təhqir edən bir korrupsioner məmurun hər zaman təhqir etdiyi müxalif siyasilər tərəfindən müdafiə olunmasının özü bir daha təsdiqləyir ki, radikal müxalifət növbəti riyakarlığını edir".

Tarix
2016.10.14 / 23:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla