Yuxarı

Qaraciyər xəstəliyinin əlamətləri

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sağlam həyatın əsas şərtlərindən biri sağlam qaraciyərə sahib olmaqdır. Buna görə də qaraciyəri qorumağımız vacibdir. Qaraciyərin düzgün işləməməsinə səbəb olan bir neçə faktor var.

Axar.az xəbər verir ki, bunlardan bəzilərini təqdim edir:

Qarının üst qismində ağrı

Bəzi yağlar qaraciyərin böyüməsinə səbəb olur. Buna görə də qarının üst tərəfində ağrı hiss edilir. Amma bu ağrılara mədənizin köpməsi də səbəb ola bilər.

Xroniki yorğunluq

Davamlı olaraq özünüzü yorğun hiss edirsinizsə, bu, qaraciyərin düzgün işləməməsinin əlaməti ola bilər.

Dəridə rəng dəyişilməsi

Dəriniz saralmağa başlayırsa, bu, bəlkə də qaraciyərinizin düzgün işləməməsinə işarədir. Bədən həzmə kömək üçün "bilirubin" adlı bir piqment ifraz edir. Qaraciyər bu piqmenti filtirləyə bilmədiyi zaman sarılığa tutularsınız. Belə xəstələrdə dəri xəstəliklərinə və qaşınma hallarına da rast gəlinir.

Bulantı

Qaraciyər düzgün işləmədiyi zaman tez-tez mədəniz bulanar, xüsusilə də yağlı yeməklər yedikdən sonra. Baş hərlənməsi, qaytarma qaraciyərin düzgün işləmədiyindən xəbər verən digər əlamətlərdir.

Əzələlər

Əgər bədəninizin hər hansı bölgəsi asanlıqla göyərirsə, əzələlərinizdə ağrı varsa və ayaqlarınızda şişlik varsa, demək, qaraciyəriniz vəzifəsini yerinə yetirmir.

Tarix
2016.10.19 / 01:29
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla