Yuxarı

Rusiya Marsa robot endirdi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Kosmik Agentliyi ilə Rusiya Federasiyası Marsın səthinə robot endirib.

Axar.az BBC-yə istinadən xəbər verir ki, Yerdən 500 milyon km məsafə qət etdikdən sonra "Şiaparelli" ("Schiaparelli") robotu Marsın səthinə uğurlu eniş edib. Eniş Bakı vaxtı ilə 17:58 də baş tutub.

Sözügedən eniş ESA üçün 4 il sonraya nəzərdə tutulan daha bahalı və vacib sınaq üçün məşq kimi qəbul olunur. Növbəti sınaq robotu 6 təkərli, 600 kiloqramlıq olacaq və Marsın səthində qazıntılar apararaq həyat izləri axtaracaq.

Əslində kiçik ölçülü "Şiaparelli" robotunun enişi daha sadə olmalı idi. Amma elmi araşdırmalar göstərir ki, Marsın səthi ən inkişaf etmiş texnologiya üçün belə təhlükəlidir.

İndiyə qədər Marsın səthinə göndərilən robotların yarısından çoxu missiyasını yerinə yetirə bilməyib, bir çoxu rotasını səhv salıb, hədəfindən yayınıb və ya eniş zamanı qəzaya uğrayıb.

ESA-ya görə, "Şiaparelli" 2003-cü ildə göndərilmi,ş lakin sonradan terminal nasazlığı yaşamış Biql-2 robotunun verdiyi məyusluğu yaddaşlardan silməlidir.

Tarix
2016.10.20 / 11:54
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla