Yuxarı

Elnarə nöqtəni qoydu: “Səidə Sultanı...”

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimin yalan, kimin gerçək dediyini yalnız bir insan sübut edə bilər. O da Vaqif Gərayzadədir. Röya qrupdan gedəndə Vaqif müəllim mənə tapşırdı ki, onun yerinə adam tapıb hazırlayım. Mən də Azərbaycanda keçirilən müsabiqələri araşdırmağa başladım. Tembr baxımından da Röyanın səsinə yaxın qız olmalı idi.

Bu sözləri müğənni Elnarə Xəlilova həmkarı Səidə Sultanı "Dablyu trio" qrupuna gətirməsi haqda Axar.az-a danışarkən deyib.

O, şahid kimi qrupun yaradıcısı, bəstəkar Vaqif Gərayzadəni göstərib:

"Səidəni "Bakı payızı" müsabiqəsində gördüm. Ona yaxınlaşıb, bizim qrupda çalışmağı təklif etdim. Bir yerdə Vaqif müəllimin yanına getdik, onları tanış etdim. Vaqif müəllim onu dinləyib, qrupa götürdü. Mənə də ona qrupun repertuarını öyrətməyi tapşırdı. İki ay sərasər Səidə ilə məşğul oldum, onu qrupa hazırladım. Yenə də deyirəm, halal xoşu olsun.

Bundan sonra Səidə "Dablyu-trio"da oxumağa başladı. Yalan ayaq tutar, amma yeriməz. Əgər mənə inanmırsınızsa, gedin Vaqif müəllimdən soruşun. Bu qədər! Burada bu münaqişəyə son qoyulmasını və bir daha adımın Səidə ilə birlikdə hallanmamasını istəyirəm. Allah hamının ürəyinə görə versin, verir də".

Qeyd edək ki, Səidə Sultan mətbuata açıqlamasında onun səhnəyə gəlməsində Elnarə Xəlilovanın heç bir rolunun olmadığını deyib.

Tarix
2016.10.20 / 13:43
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla