Yuxarı

Qurbanovdan qələbə şərhi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vacib qələbə qazandıq. İlk 2 oyunda qələbə qazana bilmədiyimiz səbəbindən oyunçularda həyəcan çox idi.

APA-nın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində PAOK-u qəbul edən Ağdam klubu meydandan qələbə ilə ayrılıb – 2:0.

Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov qələbəni şərh edib: "Hamı matçın mahiyyətini anlayırdı. Bütün futbolçular əllərindən gələni etdilər. Çox şükür ki, oyun düşündüyümüz kimi alındı. Amma həddindən artıq ağır idi. Çünki yaxşı komandaya qarşı oynayırdıq. Bilirdik ki, rəqib son görüşlərdə uduzmurdu. Amma bizim üçün vacib onların statistikası yox, öz oyunumuz idi. Artıq diqqətimizi səfər matçına yönəldəcəyik. Bir də ki, "Qəbələ"yə uğurlar arzulayıram. Məni tez buraxsanız, gedib, "Qəbələ"nin "Sent-Etyen"lə matçına baxacam".

- İkinci hissədə daha yaxşı oynadız. Fasilədə yetirmələrinizə hansı tapşırıqları verdiniz?

- Onları burda deyə bilmərəm. Amma matçın gedişində kiçik dəyişikliklər etdik. Ümumiyyətlə, hər komanda ilk hissədə düşündüyü oyunu qura bilir. Birinci hissədə rəqib bizim futbolçulara qarşı çox yaxın oynayırdı, bu da bizə çətinlik yaradırdı. Buna baxmayaraq, fasiləyə kimi 3 real qol epizodu yaratdıq. Bizim üçün vacib idi ki, düşündüyümüz oyun üslubunu sona qədər qoruyub saxlayaq. Futbolçulara tapşırmışdım ki, az səhv buraxaq. Çünki PAOK səhvlərdən maksimum istifadə etməyi bacaran komandadı. Düzdü, səhvlər oldu, amma bu, futbolda qaçılmazdı.

- Gözlədiyiniz PAOK-u meydanda gördünüz?

- Tam düşündüyüm komanda idi. Sadəcə, bir neçə futbolçusu var idi, onları oyundan kənarlaşdırmağa çalışırdıq. Ayrıca tapşırıq vermişdik. Futbolda həmişə risk var. Mən həmişə demişəm ki, əlimdəki futbolçularımın sayı nə qədər çox olsa, dəyişiklik etmək bir o qədər asandı.

- Ehtiyatda mərkəz müdafiəçisi yox idi. Bu sizi narahat etmirdi?

- İki variantımız var idi ki, risk edəcəyimiz halda, Maksim və ya Qaranı o mövqedə oynada bilərdik. Pozitiv düşünmək lazımdı. Odu ki, narahat olmadan, bu heyətə güvənmişdik.

- Reynaldo zədənməsəydi, Dino Ndlovu əsas heyətdə yer alacaqdımı?

- Kim daha çox hazır idisə, onu da meydana buraxmalıydıq. Dino öz üzərində daha çox çalışır. O, bu gün əsas heyətdə yer almağa layiqdi.

- Qrupdakı hazırkı xal durumunu necə dəyərləndirirsiz?

- Hər şey göz önündədi. PAOK kimi, bizim də 4 xalımız var. Ümumi oyunlara baxsaq, üstünlük PAOK-dadı. Çünki həm bizi, həm də "Slovan"ı öz meydanında qəbul edəcək. Biz isə 3 görüşdən ikisini səfərdə keçirəcəyik.

- Mahir Mədətovun bugünkü oyunu ilə bağlı fikriniz necədi?

- Mahirdən razı qaldım. Əlbəttə ki, təcrübəsi çatışmır. Onun o yaşıdı ki, az-az təcrübə toplasın. Deyə bilmərəm ki, Mahirdə hər şey idealdı. Perspektivi qabaqdadı. Bugünkü matçda irəlidə sürəti artırmaq lazım idi ki, Mədətov bunu bacardı.

Tarix
2016.10.21 / 00:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla