Yuxarı

Tanınmış onkoloq: “Xərçəngin əsas risk faktoru”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Onkologiya Mərkəzinin və Türk Tibbi Onkoloji Dərnəyi təşəbbüsü ilə Bakıda II Azərbaycan-Türkiyə Onkolojı Günləri başlayıb.

Report xəbər verir ki, tədbirdə Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu Əziz Əliyev, Azərbaycanın baş onkoloqu Azad Kərimli, Türk Tibbi Onkologiya Dərnəyinin rəhbəri Əhməd Özət və digər azərbaycanlı və türk mütəxəssislər iştirak edib.

Cərrah-onkoloq Əziz Əliyev baş-boyun xərçənginin cərrahiyyəsi barədə geniş məlumat verib. O bildirib ki, bu xəstəliyə tutulan xəstələrin üçdə biri ölür:

"Baş-boyun xərçənginin əsas risk faktoru spirtli içkilər və siqaretdir. Bu xəstəlikdə şüa terapiya daha yaxşı effekt verir".

Baş onkoloq Azad Kərimli bildirib ki, xərçəng xəstəliyi bütün dünyada olduğu kimi Azərbaycanda geniş yayılıb: "Bu konfrans türkiyəli həkimlərlə keçirdiyimiz ikinci konfransdır. Bu konfrans sayəsində onlar bu sahədə gördüyü işləri, araşdırmaları bizimlə, biz isə onlarla bölüşürük. Bu digər konfranslarla bu konfransın fərqli cəhətidir".

Konfrans oktyabr ayının 23-dək davam edəcək.

Tarix
2016.10.21 / 15:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla