Yuxarı

Bakı və Moskva restoranlarının fərqi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus və digər xalqların mətbəxi Moskvada daha mükəmməl təqdim edilir. Bakıda isə bütün restoranlarda təxmınən eyni yeməklər verilir.

Bunu Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov Moskva və Bakı şəhərlərində yerli mətbəxin təqdimatını müqayisə edərkən Axar.az-a bildirib.

T. Əmiraslanov qeyd edib ki, Moskvada yalnız rus mətbəxi deyil, orada bütün xalqların mətbəxləri var: "Moskvada xidmət edən süfrəçilər və aşpazlar Bakıdan fərqli olaraq 3 illik təhsil alırlar. Onlar xörəkpaylayanlar və xörəkbişirənlər yox, peşəkar süfrəçılər və aşpazlardır. Moskvada restoranları peşəkar texnoloqlar qurur. Orada yüzlərlə ixtisaslaşmış peşə məktəbi, onlarla ali məktəb və kulinariya ilə məşğul olan elmı-tədqiqat institutu, 1000 kvadrat metrlik Mətbəx Muzeyi və s. fəaliyyət göstərir. Bakıda isə bunların heç biri yoxdur".

Qeyd edək ki, Moskva London, Paris və Nyu Yorkun liderlik etdiyi ən yaxşı paytaxtlar siyahısında yer alıb. Səsvermə dünyanın 16 ölkəsindən olan 5 mindən artıq səyyah arasında aparılıb. Paytaxtlar iqtisadi durumuna, infrastrukturuna, təhlükəsizliyinə, mədəni səviyyəsinə və mətbəxinə görə dəyərləndirilib.

Tarix
2016.10.22 / 01:30
Müəllif
Şəlalə Əbil
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla