Yuxarı

Baş psixiatr: “Həkimlər xəstələri belə aldadır...”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsbət düşüncə və xoş söz xəstə beyni aldada bilər. Sözlə orqanizmdə yaxşılığa doğru dəyişiklik yaratmaq mümkündür.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Psixiatriya Assosiasiyasının rəhbəri, respublikanın baş psixiatrı Nadir İsmayılov deyib.

N.İsmayılovun sözlərinə görə, bu üsul tibdə ta qədimdən mövcuddur və o özü də müalicə prosesində tez-tez təlqindən yararlanır:

"Xalq arasında "xəstəni aldatmaq" adlansa da, əslində, bunun adı təlqindir. Təlqin – müalicə məqsədilə həkimin psixoloji vasitələrlə, əsasən də sözlə xəstəyə təsir formasıdır. Təlqinin dünya üzrə 400-ə qədər növü var, amma bunun yalnız 30-40 növü fəal şəkildə istifadə edilir və psixoterapevtlərin, nevrologiya sahəsindəki mütəxəssislərin sıx müraciət etdiyi üsuldur. Təlqin vasitəsilə demək olar ki, bütün xəstələrin əziyyətini yüngülləşdirmək mümkündür".

Qeyd edək ki, amerikalı alimlər iflic xəstələri üzərində aparılan araşdırmalardan sonra beyinin aldanılmasının müsbət nəticə verdiyi qənaətinə gəliblər. Təcrübələrdə xəstələri inandırıblar ki, onlar yaxın zamanda hərəkət edə biləcəklər. Bundan sonra xəstələrin ümumi əhval-ruhiyyəsində müsbət dəyişiklik yaranıb və həqiqətən də onlardan bəziləri hərəkət etməyə başlayıb.

Alimlər bunu da bildirirlər ki, xəstələrə təkcə hazırki vəziyyətləri ilə bağlı ümid aşılamaq deyil, istənilən mövzunu müsbət əhval-ruhiyyədə kökləmək lazımdır. Adi söhbətdən tutmuş, oxuduqları kitablar, qulaq asdıqları mahnılara qədər nikbin təəssürat yaradan mövzulara üstünlük verilməlidir.

Hazırda bu metodun daha geniş şəkildə istifadə olunması üçün tədbirlər görülür.

Tarix
2016.10.22 / 09:45
Müəllif
Şəfiqə Səfa
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla