Yuxarı

Rusiya ABŞ-ın gözünü açdı: Türkiyə Mosula doğru...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın son zamanlar kürdlərin siyasi və silahlı qanadını müdafiə etməsi, əslində, Amerikanın gözünü açıb.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib. Politoloq ABŞ Müdafiə naziri Eşton Karterin Türkiyə səfərindən sonra türk tanklarının Suriyaya girməsini Vaşinqton və Ankara arasında Mosul əməliyyatı ilə bağlı razılıq əlaməti kimi dəyərləndirib:

"Amerika PYD və onun silahlı qanadı YPG-ni müdafiə edir, onların İŞİD-ə qarşı mübarizədə müəyyən rolunun olduğunu düşünür, hətta YPG-ni silahla təmin edirdi. Türkiyənin Amerikanı PYD və YPG-nin PKK ilə ciddi əlaqədə olduğuna dair inandırmaq cəhdləri isə boşa çıxırdı. Bu kontekstdə ABŞ müdafiə nazirinin Türkiyəyə səfəri diqqət çəkir. Bundan öncə isə Türkiyə nümayəndə heyəti Vaşinqtonda oldu. Görünür, Türkiyə Amerikanı YPG məsələsinə inandıra bilib. Fikrimcə, Amerikanın mövqe dəyişikliyində Rusiyanın da rolu var. O mənada ki, Rusiya Türkiyənin Suriya kürdlərinə qarşı savaşını pisləmişdi. Suriya rəhbərliyi bildirdi ki, əgər türk təyyarələri bölgədə kürdlər olan ərazilərə daxil olsa, dərhal məhv ediləcəklər. Əslində, Suriyanın özünün hava hücumundan müdafiə sistemi yoxdur və orada olan sistemlərin hamısı Rusiyanındır. Görünür, Rusiya kürdlərin siyasi və silahlı qanadını müdafiə etməyə başlayıb. Bu, bir tərəfdən Türkiyə ilə olan danışıqların ruhuna ziddir, o biri tərəfdən isə PYD və YPG ruslarla ciddi əlaqədə olmasına dair Amerikanın gözünü açdı. Amerika indi "düşmənimin dostu mənim də düşmənimdir" prinsipi ilə hərəkət edir. Belə çıxır ki, Amerika PYD və YPG-dən üz döndərib və İraq hökumətini razı salmağa çalışacaq. Amerika NATO-nun ən güclü cənub qanadı kimi Türkiyəni itirmək istəmir, eyni zamanda, Türkiyənin bu regionu yaxşı tanıdığını və güclü nüfuza malik olduğunu artıq qəbul edir".

Politoloqun sözlərinə görə, Yaxın Şərq siyasətində Türkiyə ilə bundan sonra daha güclü əməkdaşlığın zəruriliyi Amerikaya indi daha yaxşı məlumdur:

"Açığı, Amerika bir növ Türkiyənin Rusiyaya doğru meyillənməsini də əngəlləmək istəyir, ona görə də bu yolda Ankaranın tələblərini yerinə yetirməkdən başqa əlacı yoxdur. Bir sözlə, Yaxın Şərqdə Amerika-Türkiyə, Türkiyə-İraq münasibətlərində baş verən çox ciddi dəyişikliklər qısa müddətdə Türkiyənin bölgədəki nüfuzunun artmasına ciddi təsir göstərəcək".

Qeyd edək ki, ABŞ Müdafiə naziri Eşton Karter NATO müdafiə nazirləri ilə nəzərdə tutulan görüşlər çərçivəsində oktyabrın 21-də Türkiyəyə səfər edib. Pentaqon rəhbəri Türkiyə və İraq arasında Mosul əməliyyatı ilə bağlı razılıq əldə edildiyini bəyan etməklə bərabər, Türkiyə ordusunun Mosul əməliyyatına qatılmalı olduğunu bildirib.

Bu gün isə Türkiyə ordusunun 9 tankı Suriya ərazisinə daxil olaraq döyüşə hazır vəziyyətə gətirilib. Bildirilir ki, bölgədəki YPG silahlıları Əl Bab bölgəsinə doğru irəliləsə, türk ordusu quru əməliyyatlarına başlayacaq.

Tarix
2016.10.24 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla