Yuxarı

Kreml Ankaranı Qarabağa niyə cəlb edir? – ABŞ eksperti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtondakı "Qulf Steyt Analitiks"in məsləhətçisi, siyasi şərhçi Teodor Karasikin Axar.az-a eksklüziv müsahibəsi:

– ABŞ-da prezident seçkisinin nəticələri ABŞ-ın Türkiyə və Suriyayla bağlı mövqeyinə necə təsir göstərə bilər?

– ABŞ prezident seçkisinin nəticəsi nəinki Türkiyə ilə münasibətləri dramatikləşdirəcək, həm də davam etməkdə olan Suriya müharibəsinə öz böyük təsirini göstərəcək. Klinton prezident seçilərsə, Ankara ilə dil tapacağı və Suriya ssenarisində daha iddialı oynayacağı gözləniləndir. Lakin "kürd kartı" gələcək ikitərəfli münasibətlərdə dağıdıcı amil ola bilər.

Trampın prezident seçilməsi ilə Türkiyənin 2016-cı ilin iyulunda baş verən hərbi çevriliş cəhdində Amerikanı günahlandırması iki qat artacaq. Ümumiyyətlə, Trampın prezidentliyi bütün birlikləri və tərəfdaşlıqları silkələyəcək. Bununla yanaşı, Obama adminstrasiyasının tam əksinə olaraq Tramp seçilsə, bu, Rusiya vasitəsilə Suriya Prezidenti Bəşər Əsədlə münasibətlərin isinişməsinə səbəb olacaq.

– İlham Əliyevin Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının mümkünlüyü barədə son müsahibəsində dediklərini necə qiymətləndirirsiniz? Rusiya Azərbaycan üçün bu birliyi necə cəlbedici edə bilər?

– Prezident İlham Əliyev indiki və gələcək geostrateji zəruriliyi nəzərə alaraq, Kremlin Avrasiya İttifaqının tərkibinə qatılmaq haqda təkidlərini nəzərdən keçirir. Azərbaycan müstəqillik qazandıqdan 25 il sonra geosiyasət planlı və inkişaf etməkdə olan infrastruktur vasitəsilə, xüsusilə Şimal-Cənub tranzit dəhlizi iki ölkəni bir-birinə yaxınlaşmağa məcbur edir. Rusiya Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək üçün müxtəlif güzəştlərə, tariflərə gedə, cəlbedici iqtisadi stimullar yaratmaqla Bakının diqqətini çəkə bilər.

– ATƏT-in Minsk Qrupunun üzvü olan Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynaya biləcək dövlət kimi hamı tərəfindən qəbul edilir. Azərbaycanın KTMT və Avrasiya Birliyinə cəlb edilməsində "Rusiya açarı" işə düşə bilərmi?

– Bu variant uzun çəkəcək, amma Dağlıq Qarabağın ətrafındakı geosiyasətdə tamamilə mümkündür. Əgər Rusiya Ermənistana mövqeyini dəyişmək üçün təzyiq göstərərsə, Dağlıq Qarabağ münaqişəsini əhatə edən geosiyasət və onun nizamlanması Azərbaycanı KTMT və Avrasiya Birliyinə gətirmək üçün yem kimi istifadə oluna bilər. Kreml hesab edir ki, gələcəkdə Azərbaycan Rusiya tərəfindən idarə olunan bu iki təşkilata - biri təhlükəsizlik və antiterror, digəri isə iqtisadiyyat və ticarət təşkilatıdır – qoşulmalıdır. Başqa sözlə desək, Kreml Bakını öz orbitinə daxil etmək istəyir. Bu da xatırlanmalıdır ki, Qafqazda İran faktoru var – o, Azərbaycan və Rusiyadan daha çox konsessiya qazanmaq üçün Tehranın Dağlıq Qarabağ haqqında mövqeyini lazım olan istiqamətdə dəyişə bilər.

– Rusiyanın Ermənistana sonuncu dəfə milyardlıq silahlar verməsini Azərbaycan-Rusiya mövcud münasibətlərinə adekvat hesab edirsinizmi?

– Rusiya Azərbaycan və Ermənistanı qarşı–qarşıya qoymaqla Qafqazdakı ənənəvi oyununu oynayır. Kreml Ermənistana milyard dollarlıq silahlar və digər dəstəklər verməklə dərin əlaqələr qurub və ondan Rusiyanın peyk ölkəsi kimi istifadə edir. Əlbəttə, Kremlin Ermənistanda hərbi mövcudluğu var və hazırda İrəvandan hava hücumundan müdafiə üçün ön baza kimi yararlanır. Bunu da qeyd etmək vacibdir ki, Kremlin Ermənistanla xüsusilə hərbi sahədə olan əlaqələri onillərə dayanır: İrəvan Rusiyanın müdafiə və təhlükəsizlik plan və layihələrinin ayrılmaz hissəsi olub. Əgər Azərbaycan KTMT-yə qoşulub, eyni zamanda, xarici təhlükəsizliyini və iqtisadi siyasətini itirməmək şansından istifadə edə bilsə, Ermənistanın bu rolu müzakirələr masasında olacaq.

– Türkiyə-Rusiya yaxınlaşmasının regionda Qarabağ və Suriya məsələsinə nə kimi təsiri ola bilər?

– Rusiya və Türkiyə birinci Suriya, ikinci isə Qarabağ məsələsində əməkdaşlıq edirlər. Bu məsələlər birbaşa bağlı deyillər, amma geopolitik bağlılıq var.

Moskva rəsmi Ankaranın Qarabağ müzakirələrinə qoşulmasını müsbət dəyərləndirir. Kremlin fikrincə, Türkiyənin konfliktin həlli istiqamətindəki danışıqlara qoşulması müsbət nəticə verə bilər.

Ankaranın, əlbəttə, Qafqaz mövzusunda köhnə incikliyi var və Rusiyanın Türkiyəni Qarabağ məsələsinə daxil etməsi siyasətinin gözləniləndən tam fərqli bir effekt verməsi ehtimalı da mövcuddur. Suriya isə tamam fərqli məsələdir. Rusiya və Türkiyə hazırda Suriyada yerləşib və ölkəni təsir zonalarına bölünmüş halda saxlamaq niyyətindədir. Ankara və Moskva Əsəd məsələsində fərqlənir. Birinci və əsas ekstremistləri məhv edərək Hələbi Dəməşqin idarəsi altına gətirmək üçün iki ölkə və İran birlikdə işləyir.

Qarabağ və Suriya məsələsi arasındakı yeganə əlaqə(bağ – Türkiyə, Rusiya) proseslərə daxil olan oyunçulardır. Levantın "katarsis"i (https://az.wikipedia.org/wiki/Katarsis) davam etdiyi müddətdə, böyük ehtimalla bunun əks-sədası Qafqazda hiss ediləcək, xüsusilə də o halda ki, esktremistlər Azərbaycan və ya ona qonşu olan Rusiya ərazilərindən birinə, məsələn, Dağıstana gedərsə.

– Breksitden sonra Avropa Birliyi gərgin günlər yaşayır. Sizcə, AB-nin gələcəkdəki taleyi necə olacaq?

– AB böyük çətinlikdədir. AB ölkələri miqrant axınına görə daxili bölünmələrdən əziyyət çəkdyi dövrdə bir də Breksit şoku yaşadılar. Daha vacibi isə AB Rusiyanın AB–nin şərq sərhədindəki hərəkət və motivlərini ciddi şəkildə sorğulayır. AB xüsusilə enerji təhlükəsizliyinə görə narahatdır. Kreml 2020-ci ilə qədər sıxılmış qaz bazarını idarə etmək istəyir. Kremlin təzyiqi – raket sistemlərindən tutmuş ictimai rəyə təsirinə qədər – Avropanı bölünmüş vəziyyətdə saxlamağa kömək edir.

Tarix
2016.10.24 / 11:55
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla