Yuxarı

Xanım prezident Qarabağa münasibətini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya Prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bizim bir qədər əvvəl ikitərəfli, regional və təhlükəsizliklə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyümüz kimi, mövqelərimiz üst-üstə düşür. Biz ikitərəfli əməkdaşlığı inkişaf etdirmək istəyirik. İndi bunun üçün yaxşı imkan var.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə geniş tərkibdə görüşü zamanı deyib.

Azərbaycan prezidenti iki ölkə arasında müxtəlif sahələrdə yaxın siyasi əlaqələrin olduğunu qeyd edib:

"Xanım Prezidentin səfəri bunu bir daha nümayiş etdirir. Sabah biznes dairələrinin çox maraqlı toplantısı keçiriləcək. Biz ticarət mübadiləsinin səviyyəsini və investisiyaları necə artıra biləcəyimizə və digər imkanlara nəzər salmalıyıq. Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq olduqca böyük əhəmiyyət kəsb edir. Biz cədvəl üzrə icra edilməkdə olan "Cənub" Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Əlbəttə ki, Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı var və biz bu istiqamətdə və bütün digər sahələrdə daha çox irəliləyiş görmək istəyirik. Düşünürəm ki, ölkələrimiz bir sıra sahələrdə çox yaxın tərəfdaşlıq əlaqələri qurublar. Biz xüsusilə ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahələrində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki qeyd etdiyim kimi, siyasi əlaqələr çox yaxşıdır və Sizin səfərinizdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və dostluq əlaqələrimizin inkişafında daha bir mühüm addım olacaq".

Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç də çıxışı zamanı səmimi qarşılanmaya görə İlham Əliyevə təşəkkür edib:

"Bizim artıq ötən gecə Bakıda və Azərbaycanın digər yerlərində yaşayan Xorvatiya icmasının üzvləri ilə görüşmək imkanımız oldu. Mən şadam ki, milli futbol komandanızın baş məşqçisi Prosineçki ilə yanaşı, xüsusilə iqtisadi sektorda, əczaçılıq, həmçinin nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox başqa insanlar var".

İlham Əliyevin 2013-cü ildə Zaqrebə səfərinə və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşünə toxunan xanım prezident deyib ki, bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkan var:

"Cənab Prezident, qeyd etdiyiniz kimi, bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusilə iqtisadiyyat, mübadilə, investisiya və ticarət sahələrində əməkdaşlığımızı, həmçinin xalqlar arasında, mədəniyyət, təhsil, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı, əlaqələndirməni və məsləhətləşmələri dərinləşdirmək və genişləndirmək üçün çoxlu imkanlar var. İki ölkə arasında strateji tərəfdaşlıq və dostluqla bağlı Zaqreb Bəyannaməsinin imzalanmasından sonra, düşünürəm ki, hökumətlərarası komissiyanın görüşüb hərtərəfli əməkdaşlığa, daha çox irəliləyişə nail olmağın təfərrüatları ilə bağlı müzakirələr aparması baxımından atılmalı olan konkret addımlar var".

Görüşdə iqtisadi, yüksək texnologiyalar, ticarət dövriyyəsinin genişləndirilməsi, gəmiqayırma, nəqliyyat, enerji, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm, əczaçılıq sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Xorvatiya Prezidentinə məlumat verib.

Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha ifadə edib.

Söhbət zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd olunub.

Tarix
2016.10.24 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla