Yuxarı

Nazirin çıxışı hər kəsi güldürdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Antidopinq Agentliyinin NADA kimi deyil, elə Azərbaycan dilində olmasını təklif edirəm. Yəni agentliyin adının dilimizdə olması daha yaxşı olar.

Modern.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Sevinc Fətəliyeva çıxış edib.

O bildirib ki, qanunun dili çox elmidir: "Qanunda elmi terminologiyadan çox geniş istifadə olunub. Bunun sadələşdirilməsini təklif edirəm".

Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan Milli Antidopinq Agentliyinin adının nəyə görə Azərbaycan dilində olmamasını öz adı ilə bağlayıb:

"Düzdür, əvvəl təklif olunmuşdu ki, Azərbaycan Milli Antidopinq Agentliyinin qısa forması AZADA olsun. Amma mən özüm buna razılaşmadım".

Nazir Azad Rəhimovun belə deməsindən sonra nazir özü və iclasdakı deputatlar, qonaqlar gülüblər.

Tarix
2016.10.24 / 14:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla