Yuxarı

Hüseyn Cavidi ilk dəfə canlı görün - Nadir video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün böyük dramaturq Hüseyn Cavidin doğum günüdür.

Axar.az xatırladır ki, Cavid əfəndi 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub. Ədəbiyyat tariximizdə ilk mənzum faciə ("Şeyx Sənan") və ilk mənzum dramın ("Ana") müəllifi olan Hüseyn Cavidin "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub.

XX əsr Azərbaycan romantizminin ən böyük nümayəndəsi hesab olunan Cavid daha çox dramaturq kimi tanınıb.

Onun "İblis", "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi əsərləri ədəbiyyatımızın nadir inciləridir.

Teatrımızın inkişafında da misilsiz xidmətləri olan Hüseyn Cavid 1941-ci il dekabrın 5-də Sibirdə amansız sürgündə vəfat edib.

Görkəmli sənətkarlarımızın əlyazmaları, fotoları nadir hallarda günümüzə qədər gəlib çatır. Bu mənada, Cavidin 2003-cü ildə lentə alınmış "Səma şairi" filmindəki nadir görüntülərini qiymətli xəzinə hesab etmək olar.

Qeyd edək ki, videoda Azərbaycan-türk ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli xadim Əli bəy Hüseynzadə də yer alıb.

Tarix
2016.10.24 / 16:58
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla