Yuxarı

"Təyyarəçilər"dən geri dönüş

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 24-də futbol üzrə Topaz Premyer Liqasının IX turunda AZAL komandası "Zirə"ni qəbul edib.

Axar.az xəbər verir ki, "AZAL Arena"da keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyunun ilk hissəsi qonaqların üstünlüyü şəraitində keçib. Matçın 25-ci dəqiqəsində topa əl ilə müdaxiləyə görə AZAL-ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Sezar Meza Kolli qapını dəqiq nişan alıb – 0:1. İlk hissə "Zirə"nin qələbəsi ilə yekunlaşıb.

İkinci hissəyə hər iki komanda sürətli hücumlarla başlayıb. Matçın 64-cü dəqiqəsində AZAL oyunda bərabərliyi təmin edib. Nuqzar Kvirtiyanın hava ötürməsindən sonra David Canalidze topu başla qapıya göndərib - 1:1. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyun bu hesabla da başa çatıb.

Bu görüşdən sonra "Zirə" xal ehtiyatını 11-ə çatdıraraq "Kəpəz" ilə 4-5-ci yerləri bölüşdürür. Aktivində üç xal olan AZAL isə turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

Tarix
2016.10.24 / 19:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla