Yuxarı

Bakı ilə bunun əsasını qoya bilərik - Kitaroviç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla konkret əməkdaşlığın əsasını qoya bilərik.

Axar.az xəbər verir ki, bu sözləri Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

"Cənab Prezident, 2013-cü ildə Xorvatiyaya səfərinizdən, həmçinin Suriya ilə bağlı London konfransı çərçivəsində görüşümüzdən sonra və xüsusən də ölkəmizə həmin səfəriniz zamanı dostluq və tərəfdaşlıq üzrə imzaladığımız razılaşmaya əsasən, düşünürəm ki, münasibətlərimizin inkişaf etməsi üçün qoyulmuş möhkəm təməl üzərində bizi qarşıda hələ çox işlər gözləyir. Siyasi münasibətlərimiz çox yaxşıdır. Aramızda açıq qalan məsələlər yoxdur. Lakin hesab edirəm ki, əlavə əməkdaşlıq üçün bir çox sahələr mövcuddur. Cənab Prezident, zənnimcə, bu səfərdən, bu gün Sizinlə və digər hökumət rəsmiləri ilə aparılan danışıqlardan sonra biz ölkələrimiz, xalqlarımız və iş adamlarımız arasında spesifik və konkret əməkdaşlığın əsasını qoya bilərik.

Ortaq marağımızda olan bir çox məsələlər, o cümlədən regional və qlobal təhlükəsizlik məsələləri var. Əlbəttə ki, Avropa İttifaqı, NATO, BMT və digər təşkilatlar kontekstində birgə əməkdaşlığımıza dair məsələlər də mövcuddur. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, bu münaqişə sülh və siyasi yolla həll olunmadır. Biz Minsk qrupu prosesini tamamilə dəstəkləyirik. Həmçinin Avropa İttifaqı ilə münasibətlərinizə gəlincə, Strateji Tərəfdaşlıq Razılaşmasının imzalanması və həyata keçirilməsi üçün Xorvatiyanın simasında Sizə hər zaman dəstək olacaq dostunuz var. Düşünürəm ki, təhlükəsizliklə bağlı yeni çağırışların artdığı və eyni zamanda, iqtisadi, enerji və digər sahələrdə, o cümlədən mədəniyyət, mədəni irs, millətlər və dinlər arasında anlaşma üzrə əməkdaşlıq fürsətlərinin üzə çıxdığı bir vaxtda və bu mənada qlobal təhlükəsizlik üçün perspektivləri münasib səviyyədə saxlamaq məqsədilə həmin razılaşmanın əhəmiyyəti daha da artacaq", - xanım prezident qeyd edib.

Tarix
2016.10.24 / 22:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla