Yuxarı

"Azərbaycanla qardaşlığın başqa örnəyi yoxdur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan əlaqələrinin və qardaşlığının başqa bir örnəyi yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Ərkan Özoral AzərTac-a müsahibəsində bildirib.

"Münasibətlərin bu səviyyəsinə görə ortaq tariximizin köklü mirası üzərində möhtərəm prezidentlərimizin qurduğu möhkəm dostluğa və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımıza borcluyuq. Müasir dövrdə Azərbaycan və Türkiyə bütün sahələrdə bir-birinə dəstək olan ən yaxın strateji müttəfiqdir.

Tarix boyunca həm kədərli, həm də sevincli günlərdə bir olan millətimizin qəlbinin eyni ahənglə döyündüyünü görürük. Azərbaycanın 1918-ci ildə azadlıq mübarizəsinə yardım etmək üçün gəlmiş Qafqaz İslam Ordusu, Çanaqqala savaşında azərbaycanlı qardaşlarımızın verdiyi dəstək, ulu öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyev başda olmaqla, hər iki ölkə rəhbərlərinin münasibətlərimizə verdikləri yüksək önəm ortaq keçmişimizin yada düşən ilk səhifələridir. Bu sıraya, həmçinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının, azərbaycanlı qardaşlarımıza qarşı törədilən insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Türkiyənin göstərdiyi cəhdləri də əlavə etmək olar. Tarix boyu müşahidə edilən bu həmrəyliyin ən müasir nümunəsi isə başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqının Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə qarşı verdiyi dəstəkdir.

Düşünürəm ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq bağları heç vaxt sarsılmayacaq. Çünki bu bağlar mənbəyini və gücünü tarixdən, ən əsası isə iki ölkənin qəlbindən alır. Məhz buna görə də bir türk diplomatı üçün Azərbaycanda Türkiyənin səfiri olaraq xidmət etmək çox böyük şərəfdir. Bu şərəfə layiq olmağa, xalqlarımızın keçmişdə və bu gün olduğu kimi, gələcəkdə də əl-ələ verərək, gündən-günə daha da güclənərək hərəkət etməsi üçün bacardığım qədər fayda verməyə çalışacağam.

Fürsətdən istifadə edərək, müstəqilliyinin bərpasının 25-ci ildönümünü münasibətilə Azərbaycan xalqını sonsuz məmnunluq və sevinc hisləri ilə təbrik edirəm", - Özoral qeyd edib.

Tarix
2016.10.24 / 22:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla