Yuxarı

Türkmanlarla bağlı o dəhşətləri eşidəndə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmanların sözün əsil mənasında çox ciddi dəstəyə ehtiyacı var və onlar bizim yardımımızı gözləyirlər. Soydaşlarımızın ağır yaşamı hələ də davam edir. Türk dövlətləri ilə bərabər, xaricdə yaşayan türk diaspor təşkilatları da türkmanların harayına səs verməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. İraq türkmanlarının XX yüzillikdə çox böyük acılar çəkdiyini dilə gətirən millət vəkili məsələ ilə bağlı bütün türk dünyasına səslənib:

"İraq türkmanları birmənalı olaraq soydaşlarımız, qanı-qanımızdan, dili-dilimizdən olan qardaş-bacılarımızdır. Kərkükə, Təlafərə getdikdə elə bil Azərbaycanın hansısa bir bölgəsinə gedirsən. Türkmanlar bizim xalqın bir parçasıdır. Böyük əziyyətlərə qatlaşan soydaşlarımızın vəziyyəti çox pisdir. Türkiyədə İraqdan köçkün düşmək məcburiyyətində qalan və Təlafərdən olan türkmanlarla görüşdüm. Elə şeylər anlatdılar ki, onların yaşadıqlarını eşitdikdə dəhşətə gəldim. Bir neçə gün öncə isə İraq Türkman Cəbhəsinin rəhbəri, çox dəyərli qardaşımız Ərşad Salihi ilə danışaraq türkmanların vəziyyəti ilə maraqlandım, nə edə biləcəyimizi soruşdum. Ərşad bəy İŞİD qüvvələrinin təxminən evinin 200 metr yaxınlığında yerləşdiyini və türkmanların durumunun çox ağır olduğunu bildirdi. Məhz buna görə də türkmanların böyük hissəsi bu gün Təlafərdən köçmək məcburiyyətində qalıblar. Təlafərdən sonra indi də Kərkük ətrafında vəziyyət olduqca gərgindir. Bu yaxınlarda Avropa Şurasında Liberal Qrupda türkmanların məsələsini qaldırdım və qardaşlarımızın çağırışını səsləndirdim. Hesab edirəm ki, bütün türk dünyası, xaricdə yaşayan türk diaspor təşkilatları türkmanların harayına səs verərək onlara həm siyasi, həm də maddi və mənəvi dəstək göstərməlidirlər".

Millət vəkili bildirib ki, köç vəziyyətində yaşamaq məcburiyyətində qalan türkmanların vəziyyəti olduqca acınacaqlıdır:

"Türkmanların sözün əsil mənasında çox ciddi dəstəyə ehtiyacı var və bizim yardımımızı gözləyirlər. Bu gün onların yanında olmalıyıq. Orada insanlarımıza əziyyətlər verilir, zorla köç etdirilir, yerlərini isə kimlərsə tuturlar. Biz Azərbaycan olaraq qaçqın və köçkünlüyün nə olduğunu çox yaxşı bilirik. Ona görə də türkmanların yanında olmaq bütün türk dünyasının borcudur".

Tarix
2016.10.25 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla