Yuxarı

Deputat İrəvanın İsgəndər-M yalanını ifşa etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistana verdiyi raket komplekslərinin İsgəndər-M olması ilə bağlı xeyli müəmma var. Çünki ortada konkret fakt yoxdur, hər şey sadəcə söyləntilərdən ibarətdir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib. Son günlərin aktual mövzusu olan İrəvanın İsgəndər-M qalmaqalına münasibət bildirən politoloqun fikrincə, sözügedən raket kompleksləri Rusiyaya məxsusdur:

"Əvvəla, İsgəndər-M ermənilərə verilə bilməz. Ona görə ki, bu raket kompleksləri 500 km məsafədəki hədəfi 100 faiz dəqiqliklə vurmaq gücündədir. Müqaviləyə görə isə 300 kilometrdən artıq raketlər ikinci bir dövlətə verilə bilməz. Aydın olur ki, bu, İrəvanın birinci yalanıdır. Əgər sözügedən raketlər həqiqətən İsgəndər-M isə, onda bu komplekslər birbaşa Rusiyaya məxsusdur və ermənilərə də sadəcə paradda nümayiş üçün icarəyə verilib. İkincisi, Ermənistanda belə silahlar varsa, bu, İsgəndər-E raket kompleksləridir. Bu raketlər 280 km məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir. Hesab edirəm ki, İsgəndər-M məsələsində xeyli müəmma var. BMT-nin xüsusi bir bölməsi var və əgər deyilənlər doğru olsaydı, bu məsələ ilə bağlı bütün rəsmi məlumatlar ilk növbədə oraya çatdırılmalı idi. Belə bir məlumat isə yoxdur. Fikir verin, bütün rusiyalı rəsmilər məsələyə ümumi yanaşmalarını orta qoyurlar. Sözügedən silahlara gəlincə isə konkret nə verilməsi, hansı modifikasiya olması və necə ödənilməsi barədə heç bir məlumat yoxdur".

Qeyd edək ki, Rusiyada İsgəndər-M-in satışı ilə bağlı qadağa olsa da, Ermənistan Müdafiə Nazirliyi ötən həftə Rusiyadan alınan raket kompleksinin İsgəndər-M olduğunu açıqlayıb.

Tarix
2016.10.25 / 09:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla