Yuxarı

Meksika KİV: İrəvan Moskvanın sandıq tulasıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın nüfuzlu ingilisdilli "Nyus" qəzeti Ermənistanın Metsamor atom elektrik stansiyası və onun təhlükəsi barədə məqalə yazıb.

Azərbaycanın Meksikadakı səfirliyindən Axar.az-a verilən məlumata görə, qəzetin baş redaktoru Tereza Marqolisin müəllifliyi ilə "Yenidən Çernobıl" sərlövhəli məqalədə bildirilir ki, Çernobıl və Fukuşimadan daha dağıdıcı bir nüvə qəzasının olması gözlənilir və bu potensial nüvə fəlakəti geosiyasi fırıldaqlıqlar və iqtisadi maraqlar tərəfindən alovlandırılır.

Məqalədə qeyd olunur ki, seysmik zonada yerləşən Metsamor AES-in Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən 2016-cı ilə qədər istifadə ediləməsi uyğun hesab edilib, lakin buna baxmayaraq rəsmi İrəvan Metsamorun 2026-cı ilə qədər fəaliyyətinə davam edəcəyini açıqlayıb.

Həmçinin məqalədə qeyd olunur ki, istifadə müddəti bitən Metsamorun yerinə bu il Ermənistanda yeni nüvə bloku inşa edilməli idi, lakin milli büdcə kəsintiləri və beynəlxalq dəstəyin çətinliyi səbəbiylə, onun tikintisinə başlanılmadı.

Müəllif Ermənistandan keçmiş Sovet İttifaqı ölkələri içərisində ən kasıb ölkələrindən biri və Moskvanın siyasi "qucaq iti" kimi bəhs edərək nəzərə çatdırıb ki, Ermənistan Metsamorun yeni blokunun inşasının yarısını ödəmək üçün Rusiya ilə anlaşıb, qalan 2,5 milyard dolların maliyyələşdirilməsi məsələsində isə Fransanı razı salıb.

Eyni zamanda T.Marqolis bildirir ki, Metsamor stansiyasının ilə bağlı ən böyük narahatlıq doğuran məsələ budur ki, bir qəza halında ortaya çıxacaq radiasiyanın qarşısının alınması üçün heç bir mühafizə binası, polad və ya konkret qoruyucu örtük yoxdur.

Müəllif, Avstriyanın Vyana Tətbiqi Ekologiya İnstitutuna görə dağlıq regionda yerləşən Metsamor AES-də qəza baş verəcəyi təqdirdə reaktorun aktiv zonasının soyudulması üçün tələb olunan qədər su olmadığını vurğulayır. "İndilik Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin enerji ehtiyaclarını qarşılamaq məqsədilə gözləmə oyunu oynadığı və öz xalqının, eləcə də, digər xalqların təhlükəsizliyini qumara qoyub".

Tarix
2016.10.25 / 10:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla