Yuxarı

Bu meyxana biabırçılıqdır! - Mehman Əhmədlidən ittihamlar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünki qonağımız Mehman Əhmədlidir.

Belə getsə, meyxanaçı ştatı açılacaq

- Meyxananın hazırkı vəziyyəti Mehmanı qane edirmi?

- Meyxanaya keçmişdə dövlət tərəfindən böyük qadağalar olmasına baxmayaraq, bu sənət başda Ağasəlim Çıldağ, Nizami Rəmzi və digər ustadların təşəbbüsü ilə bu günə qədər qorunub saxlanıldı. Getdikcə meyxana toylara, səhnələrə və efir məkanlarına yol tapdı. Gəlib bizim dövrümüzə çatanda isə, biz onu öz əziyyətimizin hesabına gətirib haralara çıxardıq. Sözün əsl mənasında təmiz meyxanadan söhbət gedir. Sənətə nə qədər yeniliklər gətirsək də, çərçivədən kənar bir iş görmədik. Hazırkı meyxananın durumuna gəldikdə isə bizim illərlə çəkdiyimiz əziyyətin əksi görünür. Biz öz vaxtımızda bir qafiyəni iki dəfə deyən şairə pis baxardıq. İndi isə bir qafiyə on yerdə deyilir. Bir sözlə, meyxananın indiki durumu çox pisdir. Belə getsə hər şadlıq evində bir meyxanaçı oturacaq ki, mən burda meyxanadeyən işləyirəm.

Meyxanaya narkomanlar, əyyaşlar zərbə vurur

- Meyxanaya dəyən zərbələrdə günahı kimlərdə görürsünüz?

- Söyüşlü meyxanalarda. Mən sayılıb-seçilən, alicənab insanlar tanıyıram ki, söyüşlü meyxanaları eşidəndən sonra ümumiyyətlə meyxanaya qulaq asmırlar. Halbuki sənətin pisi yoxdur, şəxsin pisi var. Bir səbəb də odur ki, narkomanlar, içki düşkünləri, əyyaşlar bu sənətə zərbə vurdular. Bundan əlavə sənətə dəyən zərbələrdə, adı dırnaq içində çəkilən meyxanaçıların efirə çıxmasının da rolu oldu. Nə yaxşı ki, meyxananın adının dəyişilməsinə səy göstərən bir nəfərin səyi nəticəsiz qaldı.

Musiqili meyxana adına biabırçılıq

- Mehman Əhmədli kimləri ustad sayır ?

- Adam var ki, sənətdə yalnız adı var, ancaq ona ustad demək düzgün deyil. Ustad olanların isə birinin adını çəksəm, digəri inciyəcək.

- Bəs kimlərə ustad adını yaraşdırmırsınız?

- Yenə də ad çəkmək söhbəti... Gəl xüsusi adlar deməyək, onsuz da xalq onları tanıyır. Mən ad çəkmək istəmirəm.

- Musiqili meyxanaya münasibətiniz?

- Elə ən yaralı yerim musiqili meyxanadır. Əvvəla ona görə ki, musiqili meyxana adıyla çox mahnılar oxundu. Toyda biri çıxır mahnı oxuyur, adını qoyur - musiqili meyxana. Bu yolla camaatı da inandırıblar ki, bu musiqili meyxanadır. Əslində bu, mahnıdır. Daha doğrusu, biabırçılıqdır. Musiqili meyxana odur ki, musiqisi özünə aid ola və onun üzərində meyxana deyəsən.

Rəşad Dağlı zirvədə deyil

- Təsəvvür edin ki, sənət yoldaşlarınızla bir el şənliyindəsiniz və sizə musiqili meyxana demək sifarişi verirlər. O zaman necə?

- Sənətin qayda-qanunlarına hansı cavab verir, onu deyirəm. Hansı altı-səkkiz ritminə düşmür, o qafiyə ilə də bir dəfə deyirəm. Onu da ona görə deyirəm ki, qoy camaat bilsin ki,bunu bacarıram. Yəni deyə bilərəm, amma demirəm, çünki utanıram.

- Bir çox söz xiridarları düşünür ki, hazırda Rəşad Dağlı meyxana aləmində kulminasiya nöqtəsindədir. Mehman da belə düşünürmü?

- Rəşad sənətkardır. Amma hər bir kəsin öz fikri var. Ola bilər, kimlərçünsə Rəşad Dağlı kulminasiya nöqtəsindədir. Əgər toya getmək barədə deyirsinizsə, mən də razıyam. Yox, əgər sırf meyxananı nəzərdə tutursunuzsa, razı deyiləm. Mən hətta belə deyərdim ki, əsl xiridar belə fikirləşməz.

- İnsanı özündən yaxşı tanıyan olmur. Sizcə sənət baxımından Rəşad sizdən güclüdürmü?

- Mən bu sənətdə özümdən güclüsünü görmürəm.

"Seçkilər noyabr ayındadır"

- Ölkədəki ictimai-sosial durumdan razısınızmı?

- Ölkəmiz gündən-günə inkişaf edir, gözəlləşir, bununla belə daxili problemlər həmişə var. Hər hansı bir sahəyə işin düşəndə əziyyət çəkirsən. Xəstəxanaya düşəndə xəstaxanada, polisə düşəndə polisdə... Çatışmayan cəhətlər çoxdur. İnşallah, bunlar da həllini tapar.

- Qarşıdan prezident seçkiləri gəlir (müsahibə seçkidən öncə alınıb - red). Seçkinin tarixini bilirsinizmi?

- Yox, amma onu bilirəm ki, noyabr ayındadır (Prezident seçkiləri oktyabrın 9-dadır - red).

- Seçkidə iştirak edəcəksinizmi?

- Açığı, mənə elə gəlir ki, həmin ərəfələrdə Azərbaycanda olmayacağam. Ölkədə olsam da, seçkidə çətin ki, iştirak edim. Mən yazıb-pozmaq, səs vermək kimi şeylərdə bir o qədər də aktiv deyiləm.

Tarix
2013.11.06 / 14:37
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla