Yuxarı

Xorvat prezident: “Səbirsizliklə gözləyirik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 25-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüşüb.

Axar.az xəbər verir ki, SOCAR prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsinə böyük töhfələr verdiyini deyib. O, Azərbaycanın təbii qazını Avropaya nəql edəcək "Cənub" Qaz Dəhlizinin seqmentlərini təşkil edən Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin icra vəziyyəti barədə məlumat verib.

SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumunun imzalandığını deyən R.Abdullayev bildirib ki, bu sənəd regionun enerji təhlükəsizliyi və şaxələndirilməsi baxımından mühüm addımdır.

Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ölkəsinin təşəbbüskarı olduğu İon-Adriatik qaz boru kəməri layihəsinin Avropanın, xüsusilə də Balkan ölkələrinin enerji təhlükəsizliyindəki rolunun əhəmiyyətini qeyd edib.

Xanım Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin tamamlanaraq İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmaqla Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqlini səbirsizliklə gözlədiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.10.25 / 11:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla