Yuxarı

Belarusa dəstək: Azərbaycan Rusiyanın bazarına girdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

84 min tondan çox Azərbaycan nefti ilə dolu olan tanker Odessa limanına yan alıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Rosbalt" agentliyi Odessa dəniz limanının mətbuat xidmətinə istinadən yayıb. Məlumata əsasən, Azərbaycan nefti buradan dəmiryolu ilə Belarusdakı Mozırsk neftayırma zavoduna çatdırılacaq. Azərbaycan neftini Odessaya Liviya bayrağı altında üzən ALHANİ tankeri çatdırıb. Gəmi Odessaya Supsa limanından yüklənərək yola salınıb.

Artıq Belarusun "Belneftexim" konserni də Azərbaycandan neft aldığını təsdiqləyib. Şirkət Belarus neftayırma zavodlarının tam yüklə işləməməsinə görə müxtəlif tədarük variantları üzərində çalışdıqlarını bildirib.

Qeyd edək ki, Belarus ilə qaz məsələsində yaranan mübahisəyə görə Moskva bu ilin ikinci yarısından etibarən Minskə neft tədarükünü üç dəfə azaldıb. Tərəflər arasında sonradan razılıq əldə olunub və Minsk rus neftinin tranzitinə qoyduğu yüksək tarifləri ləğv edib.

Tarix
2016.10.25 / 13:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla