Yuxarı

Fond 590 milyon ödədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan Axar.az-a verilən məlumata görə, Parabank ASC-nin qorunan əmanətçilərinə 32 mln. 883 min manat, Zaminbank ASC-nin qorunan əmanətçilərinə 51 mln. 22 min manat, Kredobank ASC-nin qorunan əmanətçilərinə 23 mln. 75 min manat və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 858 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 109 mln. 838 min manatdan artıq kompensasiya veriib.

Atrabank ASC-nin qorunan əmanətçilərinə 14 mln. 110 min manat, Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 15 mln. 986 min manatdan artıq kompensasiya ödənilib.

Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 969 min manat, Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 978 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.

Bank Standard QSC-nin qorunan əmanətçilərinə 319 mln. 269 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 590 mln. 131 min manatdan artıq kompensasiya ödənilib.

Tarix
2016.10.25 / 13:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla