Yuxarı

PR mütəxəssisləri təlimə başlayır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

11-12 noyabr tarixində Bakıda "World Business Centre"də "Baku School of Public Relations" şirkətinin və "Azerbaijan Public Relations Association"un (APRA) təşkilatçılığı ilə bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün "Bank sektorunda PR" və "Böhran Kommunikasiyası" mövzusunda növbəti təlim keçiriləcək.

Axar.az xəbər verir ki, təlimi Azərbaycan Respublikası Mərkəzi Bankının mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və "Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti"nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılacaq.

İki gün davam edəcək təlimdə PR mütəxəssislərin bu sahədə fikir mübadiləsi aparılacaq, bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar veriləcək. Təlim həmçinin ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzularını əhatə edəcək.

Təlimdə iştirakçılara Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyevin müəllifi olduğu, hər bir PR menecerin masa üstü ədəbiyyatı ola biləcək ictimaiyyətlə əlaqələrin idarə edilməsi mövzusunda "Nəyi? Necə? Nə vaxt?" kitabı hədiyyə olaraq paylanılacaq.

Qeyd edək ki, yerlər məhdud olduğu üçün iştirak etmək istəyən PR mütəxəssislər 9 noyabr 2016-cı il tarixinə qədər [email protected] emailinə təsdiq məktubu göndərərək qeydiyyatdan keçməlidilər. Təlim ödənişlidir və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

Tarix
2016.10.25 / 16:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla