Yuxarı

Üçüncü bir dil: muğam dili... - Millət vəkili

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Universitetində "İntermediallıq məsələləri. Musiqi və ədəbiyyat" mövzusunda elmi-praktik konfrans keçirilib.

Axar.az xəbər verir ki, konfransı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova açıq elan edib və ilk sözü universitetin rektoru, dosent Zenfira Məmmədovaya verib.

Rektor qonaqları salamladıqdan sonra intermediallıq məsələsini mədəniyyət sistemində ədəbi məkan kimi qiymətləndirib və ədəbiyyat və musiqinin, ümumiyyətlə, incəsənətin bütün sahələrinin bir-biri ilə sıx bağlı olması barədə danışıb.

Daha sonra söz millət vəkili, akademik Rafael Hüseynova verilib. O, "Muğam və ədəbiyyat" sahəsində apardığı araşdırmaların xülasəsindən danışaraq, muğamın geniş coğrafi arealı əhatə etməsini, hətta ərəb, fars dili ilə yanaşı, mədəni tərəqqidə 3-cü bir dil olan muğam dilinin də rolunu xüsusi vurğulayıb.

Daha sonra etnomusiqişünaslıq üzrə fəlsəfə doktoru, Tokio İncəsənət Universitetinin fəxri professoru Geniçi Tsuge "Baburnaməyə yenidən baxış" başlıqlı məqaləsini oxuyub.

Qeyd edək ki, konfransda Gürcüstan, Rusiya, Yaponiya və İrandan gələn mütəxəssislər iştirak edib.

Tarix
2016.10.25 / 17:38
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla