Yuxarı

“Azərsell” 3 nominasiya üzrə mükafat aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Stevie" Beynəlxalq Biznes Mükafatı üzrə "İlin telekommunikasiya şirkəti" və "İlin Korporativ Ünsiyyət Departamenti" adlarına layiq görülən Azərsell Telekom Azərbaycanı beynəlxalq aləmə bir daha tanıtdırıb. Eyni zamanda, "Azərsell"in "Barama" İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində yaranaraq fəaliyyət göstərən "Sumaks" şirkəti isə "İlin Startapı" nominasiyası üzrə gümüş mükafata layiq görülüb.

Şirkətdən Axar.az-a verilən məlumata görə, mükafatın təntənəli təqdimolunma mərasimi İtaliyanın paytaxtı Roma şəhərində keçirilib.

Qala gecəsində Azərsell Telekom MMC-nin Korporativ Ünsiyyət rəhbəri Nigar Şıxlinskaya və "Azərsell" İnnovasiyalar və Sahibkarlıq şöbəsinin rəhbəri İmran Bağırov iştirak edib. Mükafatı qəbul edən Nigar Şıxlinskaya şirkətin əldə etdiyi yüksək nailiyyətlərdə bütün "Azərsell" əməkdaşlarının böyük rolu olduğunu vurğulayaraq bildirib ki, şirkət yeni texnologiyalar və inovasiyalar tətbiq etməklə insan həyatını asanlaşdırmağa çalışır. O, həmçinin münsiflər heyətinə "Azərsell"i və Barama mərkəzini 3 nominasiyada seçdiklərinə görə təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, "Stevie" mükafatı üzrə beynəlxalq münsiflər heyəti "Azərsell"in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri nəzərə alaraq şirkəti mükafatlandırıb.

Şuranın rəylərinə əsasən, ölkənin qərb sərhədlərində hərbi vəziyyətlə əlaqədar "Azərsell"in öz abunəçilərini fasiləsiz əlaqə ilə təchiz etməsi və eyni zamanda, gərgin döyüşlərin getdiyi vaxtda bir həftə ərzində ön cəbhəyə yaxın ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsini 30% gücləndirməsi "Azərsell" şirkətinin nümunəvi mobil operator olduğunu sübut edir.

"Azərsell"in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sumaks Startapı" isə İnnovativ Avtomaks ve məişət proseslərinin idarə edilməsi üzrə layihələrə görə gümüş mükafatına layiq görülüb. Qeyd edək ki, Azərbaycanda bir ilk olan "Avtomaks" qurğusunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona məsafədən nəzarəti həyata keçirmək, iş prosesini asanlaşdırmaqdan ibarətdir.

Xatırladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində baş tutan "Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Qeyd edək ki, Azərsell Telekom 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti", 2012-də ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator" layihəsinə görə "İlin Kreativ Komandası" nominasiyasında, 2014-cü və 2015-ci illərdə isə İlin ən yaxşı məhsulu ("Bölgə" tarifinə görə), İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə), İlin ən yaxşı Müştəri Xidməti (Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə) nominasiyalarında "Stevie" mükafatına layiq görülüb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2016.10.25 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla