Yuxarı

Bakıda “Şərab evi”nə sirli basqınlar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda eyni mağazaya ayrı-ayrı vaxtlarda dörd dəfə hücum edilib.

Musavat.com xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Əmircan qəsəbəsində baş verib. Hər dəfə içki mağazanın şüşələri sındırılıb, mağaza sahibinə 4 min manatdan çox maddi ziyan dəyib. Sonuncu dəfə ötən gecə naməlum şəxslər əllərində olan dəmir alətlə mağazanın şüşəsini sındırıblar və içəridə xeyli sayda içkini yararsız hala salıblar.

Mağazanın sahibi Bahəddin Cəfərov deyib ki, naməlum şəxslər hadisəni gecə saat 3-4 radələrində törədiblər. Onun fikrincə, həmin şəxslər bunu oğurluq məqsədilə etmirlər: "Çünki mağazadakı kompüterə və pula toxunmayıblar. Yalnız bahalı içkiləri sındırıblar. Sanki düşmənçilikdir. Gəlib ziyan vururlar, qaçırlar".

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Hələlik hadisəni törədənləri müəyyənləşdirmək mümkün olmayıb.

Cinayətin üstünün açılmasına mane olan səbəblər çoxdur. Hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kameraları olsa da, onlar polisə yardım etmir. Çünki gecələr mağazanın yerləşdiyi dairədə küçə işıqları söndürülür və hadisəni törədənlərin üzü kameranın yaddaşına düşmür.

Mağaza sahibi isə qorxu içərisindədir. O, qisas alırmış kimi mağazaya hücum edən şəxslərin növbəti dəfələrdə daha böyük ziyan bura biləcəyindən ehtiyatlanır. Ona görə də onların tapılmasını istəyir.

Tarix
2016.10.25 / 20:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla