Yuxarı

İngilislər suriyalı uşaqları kölə kimi işlədilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur britaniyalı geyim istehsalçıları suriyalı qaçqın uşaqların əməyindən istifadə edir.

Axar.az xəbər verir ki, bu barədə məlumat BBC-nin uzun araşdırmasından sonra üzə çıxıb.

Telekanal məşhur brendlərin Türkiyədə yerləşən fabriklərində gizli araşdırma aparıb. Məlum olub ki, müharibədən qaçıb gəlmiş minlərlə azyaşlı suriyalı cüzi maaş müqabilində bu fabriklərdə işlədilir.

"Marks ənd Spenser", "Asos", "Zara" və "Manqo" istehsal zəncirinə ciddi nəzarət etdiklərini bildirsə də, araşdırma zamanı uşaq əməyindən istifadə halları qeydə alınıb.

Telekanal "Marks and Spenser" şirkətinin Türkiyədəki əsas fabriklərindən birində 7 suriyalının işlədiyini aşkar edib. Qaçqınlar dəllallar vasitəsilə işə götürüldüklərini, gün ərzində 1 funt maaş aldıqlarını deyiblər.

15 yaşlı başqa bir suriyalı uşaq isə gün ərzində 12 saat çalışdığını bildirib.

"Marks and Spenser" şirkətinin nümayəndəsi telekanala açıqlamasında səslənən iddiaların çox ciddi olduğunu, şirkətdə çalışan bütün suriyalı qaçqınlara qanuni iş təklif olunacağını deyib.

"Mango" və "Zara" üçün cins paltarlar istehsal edilən fabriklərdə də suriyalı qaçqınların əməyindən istifadə olunur. Qaçqınlar daha çox cinsləri ağartmaq üçün istifadə olunan zərərli kimyəvi maddələrlə çalışırlar.

İstanbulda yerləşən başqa bir fabrikdə də analoji hal qeydə alınıb. Fabrikin sahibi müəssisənin "Next" firması üçün işlədiyini deyib. O, gizli reportyorlara fabrikdə tikilmiş "Next" markalı pijamaları da göstərib.

Tarix
2016.10.25 / 23:32
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla