Yuxarı

Hüseyn Cavidlə Mikayıl Müşfiqin nərd - Xatirəsi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük dramaturq Hüseyn Cavidlə şair Mikayıl Müşfiq yaxın dost olub.

Axar.az yazıçı Eynulla Ağayevin bu iki şəxsiyyətin - Cavidlə Müşfiqin dostluğundan bəhs edən xatirə yazısını təqdim edir:

"Bir dəfə cümə günü Hüseyn Natiqlə yazıçılar cəmiyyətinə gəldik, həmin gün yazıçıların əksəriyyəti cəmiyyətdə idi. Hüseyn Natiq qolumdan tutub dedi:

- Cavid əfəndi ilə Müşfiq nərd oynayır. Gedək tamaşa edək.

Getdik. Biz salam verib bir tərəfə çəkildik. Hüseyn Natiqlə mən oyunun gedişini izləyirdik. Müşfiq bir oyun və bir marsla qalib gəldikdə Hüseyn Cavid xurmayı rəngli dəri papağını başına qoydu. Pensnesini çıxarıb şüşələrini sildikdən sonra gözünə taxdı. Ayağa duranda əlini Müşfiqin çiyninə qoyub dedi:

- Müşfiq, sən elə bilmə ki, Cavid əfəndi oyun bilmir. Bilirəm! Ancaq mən gələcəkdə şeirimizin tacidarı olacaq bir şairi udmaq istəmirdim.

Müşfiq ayağa qalxmaq istədi, lakin Cavid onun çiynindən basdı. Müşfiq qıpqırmızı qızarmışdı. O, dəsmalını çıxarıb tərini sildi və "Cavid əfəndi, məni lap utandırdınız, mən bu rütbəyə layiq deyiləm, bu ad sizə..." - deyərkən Cavid onun sözünü kəsdi:

- Müşfiq, təvazökarlıq eləmə, dediklərim zarafatla qarışıq olsa da, bir həqiqətdir.

Müşfiq bir söz demədi. Yalnız narazı halda, mülayimcəsinə başını yırğaladı".

Tarix
2016.10.26 / 08:45
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla