Yuxarı

Bu işin təməlini Heydər Əliyev qoyub

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada artıq dövlət səviyyəsində "Onlayn qiraət" deyilən bir layihə gerçəkləşib. Təyin olunan vaxtda oxucular hansısa məşhurun, rus klassikinin əsərini oxuyub, müzakirə edir. Sizcə, bu, bizdə niyə yoxdur və bunu hansı dövlət qurumu etməlidir: Mədəniyyət və Turizm Nazirliyi, AYB, yoxsa?..

Axar.az Baba Vəziroğlu və Aqşin Yeniseyin bu suala cavabını təqdim edir:

Baba Vəziroğlu:

"Bu gözəl, faydalı işin klassik variantının təməlini rəhmətlik Heydər Əliyev qoyub. Hələ sovet dövründə Ali Partiya nomenklaturasını hər həftə yarıxoş, yarızor toplayıb simfonik musiqi konsertlərinə aparardı. Yüksək çinli məmurların musiqi zövqünü də yüksəyə qaldırmaq üçün direktiv üsullardan yararlanmaq zorunda idi. Bu gün bir daha o qənaətə gəlirəm ki, beyinlər, təfəkkür təbiətən təlqin üçün münbit tarladır - yaxşılıq təlqin edərsən, insan mələk olar, pislik aşılayarsan, qatilə çevrilər. Bunun üçün də güc lazımdır. Bu gün və həmişə cəmiyyətdə iki güc var: din və dövlət. Dindən əlimizi üzək - daim cəhalət bələdçisi olub. Dövlət işə qarışanda isə nəticə həmişə uğurlu olur. Təəssüf ki, hələ dövlət millətə deməlidir ki, oxu, öyrən! İllah da ki, o millət müsəlman ola".

Aqşin Yenisey:

"Rusiya ədəbiyyat ölkəsidir, ona görə ədəbiyyat ölkəsidir ki, orada tarixən fəlsəfənin, elmin işini də ədəbiyyat görüb. Ona görə rusun ədəbiyyatdan gözlədikləri ilə bizim ədəbiyyatdan gözləntilərimiz arasında yerlə-göy qədər fərq var. Biz istəsək belə, rus ədəbi ənənələrini ölkəmizdə tətbiq edə bilmərik, gücümüz, potensialımız çatmaz, nə nazirlik, nə hər hansı ictimai qurum, nə də hər hansı yazıçı, şair səviyyəsində. Bu işlər bizlik deyil".

Tarix
2016.10.26 / 09:09
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla