Yuxarı

ABŞ KİV-dən SOS: Cildini dəyişmiş iblis…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın CNBC kanalı Rusiyanın nüvə müharibəsinə hazırlaşdığını iddia edib.

Axar.az xəbər verir ki, telekanal Moskvanın ilk dəfə yeni və ən böyük nüvə silahının – "RS-28 Sarmat" adlı qitələrarası ballistik raketinin fotolarının mətbuatda yayılmasına icazə verdiyini bildirib:

"Raket bütün Fransanı, yaxud Texas ştatını yer üzündən silə bilər. Bu raket sələfi "Satan"dan güclü olduğundan onu "Satan 2" adlandırıblar. Silaha bu adı NATO verib".

ABŞ-ın "Nyu York Post" qəzeti "RS-28 Sarmat"ı cildini dəyişmiş iblis adlandırıb. Qəzet silahın cəhənnəmi Yerdə yaratmağa qadir olduğunu bildirib:

"Moskvadakı silah mütəxəssisləri "RS-28 Sarmat"ın müdafiə radarlarından yayınaraq, 10 min kilometrə qədər məsafəni asanlıqla qət edə biləcəyini deyirlər. Bu, o deməkdir ki, Rusiya bu nüvə silahıyla Nyu Yorku da vura bilər. Rus mühəndisləri "RS-28 Sarmat"ın 2018-ci ildə hazır olacağını, 2020-ci ilə işlək vəziyyətə gətiriləcəyini bildiriblər".

"Uo Strit Jurnal" qəzeti Rusiyada nüvə hücumundan qorunmaqdan ötrü keçirilən kütləvi təlimlərin videosunu paylaşıb. Bu videoları Rusiyanın dövlət kanalları yayıb və kadrlarda vətəndaşların hərbi heyətlə birgə təhlükəli materiallardan qoruyan xüsusi geyimlərdə hərəkət etdiyi, məktəb və universitetlərdə şagird və tələbələrə nüvə hücumu zamanı necə davranmalı olduqları haqda məlumat verildiyi görünür. Qəzet təlimlərə 40 milyon vətəndaşın qatıldığını, bunun Sovet İttifaqının süqutundan sonra ən genişmiqyaslı təlimlər olduğunu yazır.

Rusiyanın "Levada" sorğu mərkəzinin direktoru Lev Qudkov qəzetə müsahibəsində ölkə əhalisnin III Dünya savaşına hazır olduğunu deyib.

"Biznes İnsayder" saytı da Rusiyanın nüvə müharibəsinə hazırlaşdığını yazıb. Dərgi Rusiya ilə ABŞ arasında Suriya danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra Moskvanın nüvə silahının yayılmaması haqda razılaşmadan imtina etdiyini, nüvə başlıqlı raketlərini Kalininqrada, Avropa ilə sərhəd ərazilərə yerləşdirdiyini xatırladıb.

Tarix
2016.10.26 / 11:06
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla