Yuxarı

“Motorolanın ölümü savaşda dönüş nöqtəsi olacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetskdə rusiyalı terrorçu Arseni Pavlovun (Motorola – red.) öldürülməsi, Rusiyanın Ukraynaya qarşı müharibəsində dönüş nöqtəsi ola bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə kölgə MKİ kimi tanınan "Stratfor" analitik şirkəti çıxış edib. Ekspertlərin fikrincə, Motorola məhz Rusiyanın sifarişi ilə öldürülə bilər:

"Motorola 2015-ci ilin dekabrından etibarən Ukraynada öldürülən beşinci yüksək vəzifəli şəxsdir. Terrorçunun ölümü ilə bağlı daha inandırıcı ssenari Donbasdakı bandalar arasında gedən rəqabət ola bilər. Belə ki, son zamanlar Donetsk və Luqanskdakı qondarma rejimlərdə kadr dəyişikliyi müşahidə edilir. Üstəlik "Luqansk Xalq Respublikası"nın lideri İqor Plotnitski təhlükəsizlik məsələlərinə nəzarəti itirib. Ölümündən öncə Pavlov məhz burada nizam yaratmaq üçün Luqanska göndərilib. Ola bilsin ki, məhz bu amil Plotnitskinin onun ölüm fərmanını verməsinə şərait yaradıb.

Digər bir ssenari isə Rusiya ilə bağlı ola bilər. Moskva artıq məşhur və çətin idarə olunan səhra komandirlərindən canını qurtarmağa çalışır. Üstəlik, Rusiya onun Donbasdakı hərbi cinayətlərinə şahid olmuş adamları da ortadan götürür".

Qeyd edək ki, Motorola bir müddət öncə öldürülüb. Onun kimlər tərəfindən qətlə yetirildiyi hələ də bilinmir. Separatçılar bu işdə Ukrayna hakimiyyətini günahlandırırlar, Kiyev isə bütün ittihamları rədd edir.

Motorola Donbas savaşının əsas səhra komandirlərindəndir. O, separatçılar arasında böyük nüfuza sahib olub və adı Ukraynanın qara siyahısında ilk pillələrdə yer alan əsas şəxslər sırasına daxil edilib.

Tarix
2016.10.26 / 11:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla