Yuxarı

Kəmaləddin Heydərov Qətər səfiri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 26-da Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, K. Heydərov Yusif bin Həsən əl-Saini səfir təyin olunması münasibətilə təbrik edib, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində ona uğurlar arzulayıb.

O, Azərbaycanla Qətər arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, həmsədri olduğu Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrimizin daha da möhkəmlənməsinə yeni töhfələr verəcəyini vurğulayıb.

K. Heydərov Qətərin keçmiş Əmiri Şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı ilə əlaqədar səfirə bir daha başsağlığı verib.

Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən səfir Yusif bin Həsən əl-Sai qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə ikitərəfli münasibətlərin, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə ölkəsinin uyğun qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Tarix
2016.10.26 / 14:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? – Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla