Yuxarı

Hərbi məhsulların çeşidi 2 dəfə artıb - Nazirlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin 9 ayında Müdafiə Sənayesi Nazirliyinin (MSN)müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 81 faizini müdafiə və xüsusi təyinatlı, 19 faizini isə mülki təyinatlı məhsullar təşkil edib.

APA-nın xəbərinə görə, bu barədə MSN-nin tabeli müəssisələrində 2016-cı ilin 9 ayının yekunlarına həsr edilmiş səyyar kollegiyada məlumat verilib.

Bildirilib ki, istehsal olunaraq sifarişçilərə təhvil verilən müdafiə təyinatlı məhsulların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz, çeşidlərinin sayı isə 2 dəfədən çox artıb: "Eləcə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məhsul istehsalında 8,2 faiz artım əldə olunub".

Qeyd olunub ki, ötən müddət ərzində aparılan məqsədyönlü işlər nəticəsində MSN-nin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların istehsalı üçün yeni sahələrin yaradılması işləri davam etdirilib: "Hesabat dövründə cari il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib".

2016-cı ilin Yaradılma Proqramına uyğun olaraq MSN-nin müəssisələrində 115 mövzu üzrə 198 mərhələni əhatə edən təcrübi konstruktor işləri də aparılır. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 14 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib. Nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin üç iclası keçirilib, iş planına daxil edilmiş müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılıb, konkret təklif və rəylər qəbul edilib.

Tarix
2016.10.26 / 15:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla