Yuxarı

“Multikulturalizm” jurnalının ikinci sayı çıxdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan "Multikulturalizm" jurnalının ikinci sayı işıq üzü görüb.

Axar.az Sim-sim.az-a istinadən xəbər verir ki, jurnalın "Azərbaycançılıq" rubrikasında Prezident İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundakı nitqi yer alıb.

Bundan başqa, "Homo Sapiens" rubrikasında Qan Turalının "İnsan olmanın macəra dolu qəddar tarixi", "Tənqid və esseistika" rubrikasında Şərif Ağayarın "İki qitəni birləşdirən və ayıran yazıçı" yazısı, "Höte zalı" rubrikasında şair-tərcüməçi Səlim Babullaoğlunun polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloşdan tərcümələri, eləcə də İtalo Kalvinonun "Nizaminin "Yeddi gözəl"i" adlı essesi, Ömər Xəyyamın İsmayıllının haputlar yaşayan kəndləri haqqında reportajı dərc olunub.

"Axundov zalı" bölməsində tanınmış şairlərdən Mətləb Ağanın, Aqşin Yeniseyin, Qismətin şeirləri dərc edilib.

Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir.

Tarix
2016.10.26 / 16:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla