Yuxarı

AFFA-dan azarkeşi vuran futbolçuya - Sərt cəza

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Topaz Premyer Liqasının IX turunun "Neftçi"–"Qarabağ" matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib.

Axar.az xəbər verir ki, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran "Neftçi"nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

Davada iştirak edərək qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə, 5 oyunluq cəzalanıb və üstəlik komandasını 2400 manat ziyana salıb.

Həmçinin, 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. "Neftçi" tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4 min manat cərimə olunub.

Qeyd edək ki, hadisədən dərhal sonra klub rəsmiləri verdikləri açıqlamada Tiranın bu hərəkətinə görə "Neftçi"dən uzaqlaşdırılacağını açıqlamışdılar.

Tarix
2016.10.26 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla