Yuxarı

Bu, Bakı üçün də çox əhəmiyyətlidir - Məmmədov

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus regionda inteqrasiya proseslərinin mühüm iştirakçısıdır.

Axar.az xəbər verir ki, bu fikri Minskdə "Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası regionunda 2030-cu il üçün iqtisadi inteqrasiyanın və davamlı inkişafın əsasını qoyarkən" mövzusunda konfransda iştirak edən Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov BELTA-nın müxbiri ilə söhbətində səsləndirib. Onun fikrincə, konfrans getdikcə daha da çoxalan müasir çağırışların müzakirəsi üçün yaxşı məkana çevrilib. S.Məmmədov deyib: "Bu dəyişən şəraitdə ümumi fəaliyyət strategiyasını birlikdə işləyib hazırlamaq lazımdır. Həmin məsələlər Azərbaycan üçün də çox əhəmiyyətlidir".

Nazir müavini vurğulayıb ki, Azərbaycan regional inteqrasiya birliklərində fəal iştirak edir, bütün aktual məsələlərə öz münasibətini bildirir.

Tədbir Belarus Prezidenti Aleksandr Lukaşenkonun BMT-nin 2015-ci il sammitində irəli sürdüyü "inteqrasiyaların inteqrasiyası" təşəbbüsünü inkişaf etdirmək məqsədi ilə keçirilir.

Qeyd edək ki, oktyabrın 26-27-də Belarusun Xarici İşlər Nazirliyində keçirilən konfransda Avropa İqtisadi Komissiyası regionundan 130-dan çox qonaq, o cümlədən parlamentlərin, xarici işlər nazirliklərinin, müxtəlif inteqrasiya strukturlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Tarix
2016.10.26 / 20:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla