Yuxarı

Sərnişinlərin diqqətinə: Taksi xidməti ilə bağlı yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi paytaxtda şəxsi avtomobili ilə taxsi xidməti göstərən avtomobillərdə taksometrlərin quraşdırılması ilə bağlı qiymətlərin tənzimlənməsi üçün Tarif Şurasına müraciət edəcək.

Bu barədə Movqe.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

N. Allahyarova bildirib ki, fərdi qaydada taksi xidməti göstərən sürücülər bəzən əsassız olaraq sərnişini gediş haqqı üçün yüksək məbləğ ödəməyə məcbur edirlər: "Taksi xidməti göstərən şirkətlər məsafəyə uyğun qiymət müəyyənləşdirib. Taksi sifarişi verən müştəri sifariş zamanı mənzil başına çatarkən ondan nə qədər məbləğ tələb olunacağını bilir. Amma fərdi qaydada taksi xidməti göstərən sürücülər yağışlı hava şəraitini, tıxacı bəhanə edib qiyməti süni artıraraq sərnişindən əlavə məbləğ tələb edir, adi günlərə nisbətən qiyməti iki dəfə bahalaşdırırlar. BNA fərdi şəkildə taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını təmin etdikdən sonra, taksilərə taksometr quraşdırılması ilə bağlı işlərə başlayacaq. Bu işlər yekunlaşdırıldıqdan sonra, biz məsafəyə görə qiymətlərin müəyyən edilməsi üçün təkliflər hazırlayaraq Tarif Şurasına göndərəcəyik. Fərdi taski xidməti göstərən sürüclər taksometr əsasında, Tarif Şurasının müəyyən edəcəyi qiymətlə sərnişindaşıma ilə məşğul olacaqlar. Buna fərqlənmə nişanı alması prosesini tam yekunlaşdıqdan sonra, başlamağı nəzərdə tutmuşuq. Hələki hədəfimiz fərdi şəkildə taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını təmin etməkdir. Artıq bu istiqamətdə görülən işlərin ilk ayına yekun vurmaq üzrəyik. İndiyədək üç minə yaxın fərdi taksi sürücüsü taksi lisenziya alıb. Fərdi qaydada taxsi xidməti göstərən sürücülərin fərqlənmə nişanı almasını iki ay ərzində yekunlaşdırmağı nəzərdə tutmuşuq. Hazırda paytaxt ərazisində fərdi qaydada taksi xidməti göstərənlərin sayı 15 mindir".

Tarix
2016.10.26 / 20:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla