Yuxarı

“Neftçi”nin qərarını anlamıram – Yunis Hüseynov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

O futbolçu dərhal Azərbaycandan qovulmalıdır. Fikirləşmədən. O özü düşünmədən Azərbaycandan getməlidir. Əvvəlcə isə üzr istəməlidir.

Bu sözləri Qol.az-a açıqlamasında "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

O, "Neftçi"nin rumıniyalı futbolçusu Katalin Tiranın "Qarabağ"la oyunda meydana girən azarkeşi vurmasını kəskin tənqid edib:

"Futbolçunun bu hərəkəti biabırçılıqdır. Azarkeş komandasına dəstək olmağa gəlir. Azarkeşsiz futbol oynamaq olmaz. Futbolun gözəlliyi azarkeşlərin çılğınlığındadır. Heç meydana girən azarkeş futbolçulara toxunmurdu".

"Neftçi" tərbiyəsiz hərəkətinə görə Katalin Tiranı yalnız məşqlərdən uzaqlaşdırmaqla kifayətlənib.

Y.Hüseynov uzun müddət formasını geydiyi "Neftçi"nin bu qərarını anlamadığını qeyd edib:

"Hansı addımı atacaqlarını özləri bilər. Ancaq bu hərəkəti edən futbolçu komandanın lideri, gözü olsa da, dərhal qovulmalıdır. Bu barədə heç düşünmək də lazım deyil".

Y.Hüseynov Katalin Tiranın vurduğu azarkeş haqda "Bilmirdim ki, o, bizim azarkeşimizdir. Elə bildim ki, "Qarabağ"ın azarkeşidir" deməsinə də münasibət bildirib: "Bu nə demədkir? Fərqi nədir ki? Sən kimsən ki, azarkeşin üstünə şığıyırsan? Yəqin ki, hamı mənim fikrimlə razılaşar. Futbolçunu düşünmədən qovmaq lazımdır".

Tarix
2016.10.26 / 21:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla